7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Xoşbəxtlik Arzusu Niyə Bizi Daha Mutsuz Edir?

1 Mart 2025 15:00
Xoşbəxtlik Arzusu Niyə Bizi Daha Mutsuz Edir?

Bakı,AzerVoice

Toronto Universitetində aparılan bir araşdırmaya görə, daim xoşbəxt olmağa çalışmaq iradə gücünü zəiflədir və insanları daha az xoşbəxt edir.

Health and Well-Being jurnalında yayımlanan bu araşdırma, xoşbəxtlik axtarışının bəzən əks təsir göstərdiyini ortaya qoyub.

Məlum olub ki, şüurlu şəkildə xoşbəxt olmağa çalışmaq zehni yorucu bir prosesdir və bu, insanın iradə gücünü tükədərək özünü idarəetmə bacarığını zəiflədir. Nəticədə insanlar uzunmüddətli zərər verə biləcək, lakin cazibədar seçimlər etməyə daha meyilli olurlar.

"Xoşbəxtlik axtarışı bir qar topu effekti yaradır. İnsanlar daha xoşbəxt olmaq üçün nə qədər çox səy göstərsələr, onları həqiqətən xoşbəxt edəcək davranışları davam etdirmək bir o qədər çətinləşir",- deyə Araşdırmanın müəlliflərindən biri, Toronto Universiteti Scarborough və Rotman İdarəetmə Fakültəsinin professoru Sam Maglio bildirib.

Maglio, daim xoşbəxt olmağa çalışmağı uzun iş günündən sonra evə gəlib evi təmizləmək əvəzinə sosial mediada vaxt keçirməyə üstünlük verməyə bənzədib.

Araşdırmanın digər müəllifi, Sidney Universitetinin professoru Aekyoung Kim ilə birlikdə 2018-ci ildə apardıqları başqa bir araşdırmada da oxşar nəticələr əldə edilib.

Həmin araşdırmada məlum olub ki, xoşbəxtliyə nail olmağa çalışan insanlar vaxtlarının məhdud olduğunu hiss edir və bu da onları daha çox stresə salaraq daha az xoşbəxt edir.

Tədqiqatçılar, xoşbəxtliyi şüurlu şəkildə artırmağa çalışan yüzlərlə insan arasında sorğu keçirib və bu insanların gündəlik həyatlarında iradə gücündən daha az istifadə etdiyini müəyyən ediblər. Maglio və Kim, xoşbəxtlik axtarışı ilə özünü nəzarətdə saxlamağın eyni məhdud zehni qaynaqları tükətdiyini düşünürlər.

Təcrübələrdən birində iştirakçılara "xoşbəxtlik" sözü olan reklamlar göstərilib. Daha sonra onların qarşısına böyük bir şokolad qabı qoyulub və istədikləri qədər yemələrinə icazə verilib.

Tədqiqatçılar iradə gücü yüksək olan şəxslərin daha az şokolad yeyəcəyini düşünsələr də, nəticədə xoşbəxtlik sözü ilə qarşılaşan iştirakçıların daha çox şokolad yediyi müəyyən edilib.

Sonuncu təcrübədə iştirakçılar iki qrupa bölünüb. Bir qrup onları daha xoşbəxt edəcək əşyaları seçib, digər qrup isə şəxsi seçimlərinə uyğun olaraq qərar verib.

Daha sonra hər iki qrup iradə gücünü ölçən bir zehni tapşırığı yerinə yetirməyə çalışıb. Xoşbəxtliyə fokuslanan qrup digər qrupa nisbətən daha tez təslim olub. Bu da xoşbəxtlik axtarışının zehni resursları tükətdiyini təsdiqləyib

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.