6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Yatmaq sadəcə istirahət deyil – yuxu ilə bağlı 14 maraqlı fakt

İnsan ömrünün təxminən üçdə biri yuxuda keçir.

30 İyun 2025 08:22
Yatmaq sadəcə istirahət deyil – yuxu ilə bağlı 14 maraqlı fakt

BAKI, AzerVoice

İnsan ömrünün təxminən üçdə biri yuxuda keçir. Bu isə orta hesabla 80 illik bir ömrün 26,6 ilini təşkil edir. Yuxu, gündəlik həyatın yorğunluğunu üzərimizdən atmağa, bədən və sinir sistemini bərpa etməyə imkan verir. Psixoanalitik Ziqmund Freydin fikrincə, yuxular insanın şüuraltında gizlənən istək və düşüncələrin simvolik ifadəsidir. Onun nəzəriyyəsinə görə, şüuraltı daim bu düşüncələri üzə çıxarmaq üçün yollar axtarır.

Aşağıda yuxu haqqında bəzi maraqlı və düşündürücü faktlarla tanış ola bilərsiniz:

– Pişiklər həyatlarının üçdə ikisini yatırlar. Bu, pişik sahibləri üçün təəccüblü deyil. Onlar üçün mebelin hər yeri – divan, kreslo və hətta klaviatura belə yataq funksiyası daşıya bilər.

– Zürafələr gündə cəmi 1,9 saat yatır, halbuki qəhvəyi yarasalar 19,9 saatlıq yuxuya ehtiyac duyurlar.

– Dünyada yuxusuz qalma rekordunu 1964-cü ildə Kaliforniyalı tələbə Randy Gardner vurub. O, tam 11 gün yuxusuz qalıb.

– Eşitmə qüsurlu insanlar yuxularında işarə dilindən istifadə edirlər. Bəzi hallarda, kar valideynlər işarə dili vasitəsilə uşaqları ilə yuxuda ünsiyyət qururlar.

– Parasomniya – yuxu zamanı qeyri-adi davranışların (gəzinti, danışma, zorakılıq) ümumi adıdır. Dünyada parasomniya səbəbindən cinayət törətmiş şəxslər də qeydə alınıb. Məsələn, bəzi insanlar yuxulu vəziyyətdə avtomobil idarə etmiş, hətta qətl törətmişlər.

– Yuxuda gəzmək sanıldığından daha çox yayılmışdır. Əhalinin təxminən 15%-i yuxuda gəzmə hallarına meyllidir. Bir çoxları yuxuda gəzəni oyatmağın təhlükəli olduğunu düşünür, lakin bu sadəcə mifdir.

– Evli cütlüklərin dörddə biri müxtəlif çarpayılarda yatır.

– Yuxusuzluq, insanı qida çatışmazlığından daha sürətli öldürə bilər.

– Anadangəlmə kor insanlar yuxularında vizual görüntülər deyil, səslər, qoxular və hisslər üzərində qurulan təsəvvürlərlə qarşılaşırlar.

– Oyanan kimi yuxuların 50%-i 5 dəqiqə ərzində, növbəti 5 dəqiqədə isə 90%-i unudulur.

– Yuxu çatışmazlığı, ağrıya dözümlülüyü azaldır.

– İnsanların təxminən 40%-i "fetal vəziyyətdə", yəni qarnına tərəf bükülmüş şəkildə yatır.

– Yuxu vəziyyəti ilə şəxsiyyət arasında əlaqə var. Fetal vəziyyətdə yatan insanlar xaricdən sərt görünsələr də, əslində həssas xarakterə malikdirlər.

– Yüksək maaş alan insanlar daha keyfiyyətli yuxuya sahib olurlar.

Məqalədə: #Maraqlı faktlar #maraqlı #Yuxuda qəbiristanlıqda gəzmək #yuxu haqqında maraqlı faktlar #yuxu nədir #insan nə qədər yatır #yuxuda gəzmək #parasomniya nədir #yuxu və psixologiya #yuxusuzluğun təsiri #yuxunun faydaları #yuxuda danışmaq #yuxu ilə bağlı elmi faktlar

Mövzu üzrə digər xəbərlər

Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri
Maraqlı faktlar

Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

19 İyul 20:00
Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin
Maraqlı faktlar

Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

19 İyul 07:00
Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar
Maraqlı faktlar

Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

7 İyun 22:00
Canlılar dünyasından qeyri-adi xəbərlər: Kim yatır, kim uçur, kim gizlənir?
Maraqlı faktlar

Canlılar dünyasından qeyri-adi xəbərlər: Kim yatır, kim uçur, kim gizlənir?

31 May 20:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.