5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət-ArabAZ
  • Hərbi İnnovasiyalar-ArabAZ
  • Digər Dövlətlər-ArabAZ
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət-ArabaZ
  • ArabCars
  • Yuxuyozma-ArabAZ
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət-ArabaZ Maraqlı faktlar-ArabAZ
Maraqlı faktlar-ArabAZ

ABŞ məktəblərində mobil telefon və sosial media qadağan ediləcək

20 İyun 2024 17:43
ABŞ məktəblərində mobil telefon və sosial media qadağan ediləcək

Bakı, VOA

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən dövlət məktəblərində tələbələrə dərs saatlarında mobil telefon və sosial mediadan istifadə qadağası gətiriləcək.

VOA xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Los Angeles Birləşmiş Məktəb Dairəsinin İdarə Heyəti tələbələrin tədris saatlarında mobil telefon və sosial media platformalarından istifadə etmələrini qadağan edən qərarı təsdiqləyib.

Belə ki, 120 gün ərzində qərarla bağlı plan hazırlanacaq və 2025-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək.

Sözügedən qadağa ölkənin ikinci ən böyük məktəb bölgəsi sayılan Los-Ancelesdə 429 mindən çox şagirdi əhatə edəcək.

Los Angeles Birləşmiş Məktəb Bölgəsi İdarə Heyətinin üzvü Nick Melvoin mövzu ilə bağlı verdiyi açıqlamada, "Düşünürəm ki, biz burada qabaqcıl olacağıq və nəticədə tələbələr, bütün şəhər və ölkə bundan faydalanacaq" -deyə öz fikirlərini ifadə edib.

Bildirilir ki, bu addım dərsdə diqqətin yayınmasının qarşısını almaq və şagirdlərin psixoloji sağlamlığını qorumaq məqsədi daşıyır.

ABŞ-da yerləşən fikir təşkilatı Pew Araşdırma Mərkəzinin 2023-cü ilin payızda həyata keçirdiyi bir anket sorğusuna əsasən, ABŞ-da müəllimlər getdikcə daha çox tələbələrin cib telefonlarından istifadə ilə bağlı problemlərlə üzləşirlər, onların üçdə biri isə telefonun diqqət yayınmasında "sinflərində ciddi bir problem" olduğunu vurğulayır.

Kaliforniya qubernatoru Gavin Newsom ştat üzrə bütün məktəblərdə mobil telefondan istifadənin məhdudlaşdırılması ilə bağlı təşəbbüsləri dəstəklədiyini bildirib.

Newsom, ABŞ Xalq Sağlamlığı Xidmətləri Departamentinin rəhbəri Vivek Murthy-nin məsələ ilə bağlı fikirlərini dəstəklədiyini ifadə edərək, "Sosial media gənclərimizin psixoloji, ruhi sağlamlığına zərər verir" - deyə qeyd edib.

Onu da qeyd edək ki, Murthy dünən verdiyi açıqlamada gənclər arasında psixi sağlamlıqla bağlı "fövqəladə hal" yaşandığını əlavə edərək, sosial media platformalarında tütün və alkoqol məhsullarının üzərindəki kimi təhlükəsizlik xəbərdarlığı etiketlərinin olmasını bildirib.

ABŞ məktəblərində mobil telefon və sosial media qadağan ediləcək
Məqalədə: #ABŞ #Los-Anceles #Kaliforniya #telefon #sosial media

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər-ArabAZ

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər-ArabAZ

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran-ArabAZ

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49

Son Xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət-ArabAZ
  • Hərbi İnnovasiyalar-ArabAZ
  • Digər Dövlətlər-ArabAZ

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.