2026-cı ildən İsveçdə məktəblərdə smartfonlar qadağan ediləcək
İsveç hökuməti 2026-cı ildən etibarən ibtidai, orta və yuxarı məktəblərdə ağıllı mobil telefonların istifadəsini qadağan etmək barədə qərar verib. İsveçin Təhsil naziri Simona Mohamsson, ölkənin rəsmi radiosu SR-ə verdiyi açıqlamada bildirib ki, bütün məktəb pillələrində şagirdlərin dərs vaxtı ilə yanaşı teneffüslərdə də telefon istifadə etməsinə icazə verilməyəcək. Nazir əlavə edib ki, bu qərarın həyata keçirilməsi üçün hökumət 10 milyon dollar büdcə ayırıb.
Telefonlar həqiqətən boyun üçün təhlükədirmi?
Ağıllı telefon və planşet istifadəsinin artması ilə birlikdə ortaya çıxan “telefon boynu” (text neck) anlayışı gündəlik həyatda daha çox işlədilməyə başlanıb. İnsanların uzun müddət önə əyilmiş vəziyyətdə ekrana baxması boyuna əlavə yük salır və bu, boyun ağrıları ilə əlaqələndirilir. Amma bu, həqiqətən tibbi bir sindromdurmu, yoxsa müasir dövrün sağlamlıq təşvişlərindən biri?
Erkən yaşda telefon istifadəsi uşaqların inkişafını təhdid edir
Barut yazılı bəyanatında bildirib ki, xüsusilə 0–6 yaş arası uşaqların ekran qarşısında çox vaxt keçirməsi beyin inkişafı, dil öyrənmə və sosial bacarıqlar baxımından kritik risklər yaradır. Onun sözlərinə görə, bu dövrdə uşaqlar üçün oyun, təcrübə yolu ilə öyrənmə və insanlarla ünsiyyət əsas inkişaf faktorlarıdır. Telefon kimi passiv ekranlar isə dili anlama, duyğuları ifadə etmə və sosial reaksiyaları tanıma sahəsində gecikmələrə səbəb ola bilər.
Mavi işıq uşaqların yuxusunu və diqqətini necə təhdid edir
Dr. Akbeyaz vurğulayır ki, uşaqların inkişaf etməkdə olan gözləri və beyinləri mavi işığa böyüklərdən daha həssasdır. Bu, onların yuxu-oyanma dövrünü tənzimləyən melatonin hormonunun istehsalını əngəlləyir, nəticədə yuxu pozğunluqları, diqqət çatışmazlığı, öyrənmə çətinlikləri və emosional qeyri-sabitlik kimi problemlərə yol açır. Xüsusilə yeniyetməlik dövründə bu təsirlər daha ciddi ola bilər, çünki bu yaşda beyin inkişafı və emosional tarazlıq xüsusi əhəmiyyət kəsb edir. Mavi işığın təsirləri yalnız yuxusuzluqla məhdudlaşmır. Qeyri-kafi yuxu uşaqların fiziki inkişafına da təsir edərək böyümə hormonu ifrazını azaldır, həmçinin yaddaş, diqqət və akademik performansda problemlər yaradır.
Yatarkən telefonla məşğul olmağın mənfi təsirləri
AzerVoice xəbər verir ki, Türkiyənin Trakya Universiteti (TU) Tibb Fakültəsinin Fiziologiya kafedrasının müdiri Prof. Dr. Levent Öztürk, yatmazdan əvvəl smartfon istifadəsinin yuxu sağlamlığına mənfi təsirlərini vurğulayıb.
Mobil telefon operatorları müştərilərin kredit tarixçələrini onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcək
Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorlarının daxil edilir.