5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Dubay şokoladı püstə böhranı yaradır

27 Aprel 2025 16:12
Dubay şokoladı püstə böhranı yaradır

BAKI, AzerVoice

Dubay şokoladı qlobal qıtlıq, bahalaşma və istehsalda böhran yaradıb.

AzerVoice xəbər verir ki, BƏƏ-də yaradılan və sosial şəbəkələrdə viral hala gələn məşhur “Dubay şokoladı” dünyada püstəyə olan tələbi rekord həddə çatdırıb.

Bu isə qlobal miqyasda püstə qıtlığına, qiymətlərin artmasına və istehsalçılar üçün ciddi çağırışlara səbəb olub.

2021-ci ildə Dubayda “Fix” şirkətinin təqdim etdiyi və püstə kremi, kadaif, südlü şokoladla hazırlanmış bu şirniyyat 2023-cü ilin dekabrında TikTok-da 120 milyon dəfə izlənərək beynəlxalq çılğınlığa çevrilib.

Qida sahəsində ixtisaslaşmış “CG Hacking” şirkətinin nümayəndəsi Giles Hacking bildirib ki, bu tendensiya püstə qiymətlərini 7,65 dollardan 10,30 dollara qədər yüksəldib. “Hazırda bazarda ciddi tədarük çatışmazlığı var. İstehlakçılar əllərinə keçən hər püstəni alır” - deyə o bildirib.

ABŞ və İran kimi əsas püstə ixracatçıları belə bu tələbatı ödəməkdə çətinlik çəkirlər. İranın BƏƏ-yə püstə ixracı bir il ərzində 40 faiz artıb. İran Püstə Assosiasiyasının üzvü Behrouz Ağa isə 2023-cü ildən etibarən tədarükün tələbatdan geri qaldığını və bunun qiymətləri rekord səviyyəyə qaldırdığını bildirib.

Bu fonda Kaliforniyada bəzi fermerlər badam bağlarını püstə ağacları ilə əvəzləməyə başlayıblar. Lakin yeni ağaclar 2025-ci ilin məhsul dövrünə qədər nəticə verməyəcək.

Qeyd edək ki, bu böhran artıq şokolad sənayesini də vura biləcək miqyas alıb. Kakaoda da çatışmazlıq olduğu üçün bir çox istehsalçılar kiçik ölçülü şokolad çubuqlarına və minimum kakao istifadə edən reseptlərə keçiblər. Dubay şokoladının orijinal istehsalçısı “Fix” şirkəti isə məhsullarını yalnız BƏƏ daxilində və gündə cəmi iki saat satışa çıxarır.

Məqalədə: #Dubay #şokolad #Dubay şokoladı #püstə qıtlığı #viral şirniyyat #püstə qiymətləri artımı #püstə ixracı #kakao böhran

Mövzu üzrə digər xəbərlər

Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti
Türkiyə

Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

30 Avqust 18:49
Əbu-Dabi basketbol üzrə ilk Avroliqa Superkubokuna ev sahibliyi edəcək
ArabSport

Əbu-Dabi basketbol üzrə ilk Avroliqa Superkubokuna ev sahibliyi edəcək

25 Avqust 20:18
BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb
BƏƏ

BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

18 Avqust 20:23
Alış-veriş etməzdən əvvəl mütləq oxuyun: Dubay mağazalarında nələrə diqqət etməlisiniz?
ArabShow

Alış-veriş etməzdən əvvəl mütləq oxuyun: Dubay mağazalarında nələrə diqqət etməlisiniz?

18 Avqust 07:47

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.