6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Kainat nə qədər sürətlə genişlənir?

17 May 2025 11:00
Kainat nə qədər sürətlə genişlənir?

BAKI, AzerVoice

Astronomlar arasında uzun illərdir davam edən bir sual yenə gündəmdədir: Kainat nə qədər sürətlə genişlənir? Bu suala cavab vermək üçün istifadə olunan Hubble sabiti üzərində fikir ayrılığı hələ də qalmaqdadır.

Adını məşhur amerikalı astronom Edvin Hubble-dan alan bu sabit, bir qalaktikanın Yerə görə uzaqlaşma sürətinin onun məsafəsi ilə düz mütənasib olduğunu göstərir. Yəni sürət = Hubble sabiti × məsafə. Bu düsturdan çıxışla Hubble sabiti km/s/Mpc vahidi ilə ölçülür (1 Mpc = 3,26 milyon işıq ili).

1929-cu ildə Hubble sabitini ilk dəfə ölçən Edvin Hubble bu dəyəri təxminən 500 km/s/Mpc olaraq göstərib. Sonrakı illərdə aparılan daha dəqiq ölçmələr nəticəsində bu dəyər 100 km/s/Mpc-ə endirildi. Lakin 1960-cı illərdən etibarən astronomlar iki əsas düşərgəyə ayrıldı: biri sabitin 100, digəri isə 50 km/s/Mpc olduğunu müdafiə edirdi.

Məhz bu qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə Hubble Kosmik Teleskopunun (HST) əsas missiyalarından biri Hubble sabitini yenidən və daha dəqiq ölçmək oldu. 2001-ci ildə HST-nin apardığı müşahidələr nəticəsində sabit 72 km/s/Mpc olaraq müəyyən edildi və astronomlar arasında müvəqqəti konsensus yarandı.

Lakin son illərdə aparılan kosmik mikrodalğa fonu (CMB) müşahidələri bu sabitin 68 km/s/Mpc olduğunu göstərdi. HST və digər teleskoplar üzərindən aparılan müşahidələr isə hələ də 72 km/s/Mpc ətrafında nəticə verir. Bu fərq alimlər arasında “Hubble gərginliyi” adlandırılan yeni bir elmi mübahisəyə səbəb olub.

Hazırda kosmoloqlar bu uyğunsuzluğu izah etmək üçün müxtəlif nəzəriyyələr irəli sürürlər. Bəzi alimlər müşahidə metodlarındakı fərqləri əsas gətirir, digərləri isə kainatın strukturu və tərkibinə dair yeni modellərin vacibliyini vurğulayır.

Hələlik bu elmi ziddiyyətin nə zaman və necə həll olunacağı bilinmir.

Məqalədə: #Bunu bilirsinizmi? #Hubble Kosmik Teleskopu #Hubble sabiti nədir #Kainatın genişlənmə sürəti #Hubble gərginliyi #Kainatın yaşı və genişlənməsi

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.