5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Pişiklər sahiblərinin qoxusunu yad adamlardan fərqləndirə bilir

31 May 2025 15:00
Pişiklər sahiblərinin qoxusunu yad adamlardan fərqləndirə bilir

BAKI, AzerVoice

Pişiklər sahiblərinin qoxusunu yad adamlardan ayıra bilirlər.

AzerVoice xəbər verir ki, Yaponiyada aparılan tədqiqat ev pişiklərinin tanış və yad insanların qoxularını fərqləndirə bildiyini ortaya qoyub.

Tokio Kənd Təsərrüfatı Universitetində keçirilən bu araşdırma pişiklərin insanlarla əlaqəsində qoxu duyğusunun rolunu bir daha gündəmə gətirib.

Tədqiqat çərçivəsində 30 ev pişiyinə üç müxtəlif boruda qoxu nümunələri təqdim olunub: birinci boruda sahibinin bədənindən götürülmüş qoxular, ikinci boruda tanımadıqları insanın qoxusu, üçüncü isə neytral – yəni qoxusuz nümunə idi.

Nəticələrə görə, pişiklər yad insanların qoxusunu daha uzun müddət iyləyib. Alimlər bu reaksiyanı onların qoxu vasitəsilə tanış və yad insanları ayırd edə bilməsi ilə izah edirlər. Lakin pişiklərin sahiblərini digər tanış insanlardan fərqləndirib- fərqləndirə bilmədiyi sual olaraq qalır.

“Nəticələr maraqlıdır, lakin pişiklərin insanları konkret olaraq fərd kimi tanıyıb-tanımadığını demək üçün daha geniş miqyaslı təcrübələrə ehtiyac var. Məsələn, bir neçə tanış insana aid qoxularla aparılacaq testlər daha dəqiq nəticə verə bilər” - deyə Tədqiqatın müəllifi Hidehiko Uchiyama bildirib.

Araşdırma zamanı pişiklərin borulara üzlərini sürtməsi də müşahidə olunub. Bu davranış onların ərazi işarələmə refleksləri ilə əlaqələndirilib və iyləmənin bu prosesin ilkin mərhələsi ola biləcəyi ehtimal edilir.

İtaliyanın Bari Universitetindən pişik davranışları üzrə mütəxəssis Serenella d'Ingeo da bu nəticələri şərh edərək “Pişiklər bu qoxulara cavab verərkən emosional cəhətdən necə hiss edirdilər – sakit, yoxsa narahat idilər – bunu bilmədiyimiz üçün nəticələri genişləndirmək doğru olmaz” - deyə qeyd edib.

Qeyd edək ki, pişiklərin qoxu duyğusu onlara digər pişiklərlə əlaqə yaratmaqda əsas vasitədir. Bu yeni tədqiqat onların insanları da qoxular vasitəsilə tanıya bildiyini göstərsə də, sahiblərini xüsusi olaraq tanıyıb-tanımadıqları hələlik tam aydın deyil.

Məqalədə: #Pişiklər #Bunu bilirsinizmi? #heyvanlar haqqında araşdırmalar #Pişiklərin Zehni Bacarıqları #heyvan davranışları araşdırması #qoxu duyğusu #Qoxu ilə tanıma instinkti #heyvanlarda davranış tədqiqatı #Pişiklər və emosional bağ

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.