7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Demans riski yaşadığınız bölgəyə görə dəyişə bilər

Nəticələrə görə, demans riski ölkənin Cənub-Şərqi əyalətlərində – o cümlədən Kentukki, Tennessi, Alabama və Missisipi ştatlarında – Orta Atlantik bölgəsi ilə müqayisədə 25 faiz daha yüksəkdir.

16 İyun 2025 18:00
Demans riski yaşadığınız bölgəyə görə dəyişə bilər

BAKI, AzerVoice

ABŞ-da aparılan genişmiqyaslı araşdırma demans riskinin yaşanılan əraziyə görə dəyişdiyini üzə çıxarıb.

AzerVoice xəbər verir ki, San-Fransisko Kaliforniya Universitetinin (UCSF) mütəxəssisləri tərəfindən aparılan və JAMA Neurology jurnalında dərc olunan tədqiqatda 1,2 milyondan çox veteranın sağlamlıq məlumatları analiz edilib.

Nəticələrə görə, demans riski ölkənin Cənub-Şərqi əyalətlərində – o cümlədən Kentukki, Tennessi, Alabama və Missisipi ştatlarında – Orta Atlantik bölgəsi ilə müqayisədə 25 faiz daha yüksəkdir.

Tədqiqatda Şimal-Qərb və Qayalı Dağ bölgələrində riskin 23 faiz, cənubda 18 faiz, cənub-qərbdə isə 13 faiz yüksək olduğu müəyyən olunub. Kaliforniya cənub-qərb bölgəsinə daxil edilib. Şimal-şərqdə də demans riski artmaqdadır, lakin bu fərq daha az – 7 faizlə məhdudlaşır.

Qeyd edək ki, kənd yerlərində səhiyyə xidmətlərinə çıxışın məhdudluğu və sosial-iqtisadi fərqlər bu regional uyğunsuzluqlarda əsas rol oynaya bilər. Tədqiqatçılar yaş, irq və ürək-damar xəstəlikləri kimi faktorları nəzərə alsalar da, bölgələr arasında fərq yenə də qalır.

“Bu tədqiqat regional fərqlərin başa düşülməsinin və yerli səviyyədə profilaktik strategiyaların hazırlanmasının vacibliyini göstərir.” - deyə UCSF Əhali Beyin Sağlamlığı Mərkəzinin direktoru Dr. Kristine Yaffe bildirib.

Alimlər, eyni zamanda, demansın erkən diaqnozu üçün yeni yollar üzərində çalışır. Universitetin apardığı başqa bir araşdırmada onurğa beyni mayesində müəyyən zülalların mövcudluğu erkən demans riskinin xəbərçisi ola biləcəyi göstərilib.

Demansın ən çox yayılan forması olan Alzheimer xəstəliyi hal-hazırda ABŞ-da 6,7 milyon nəfərə təsir edir. 2060-cı ilə qədər bu sayın ikiqat artacağı proqnozlaşdırılır. Hələ ki, xəstəliyin effektiv müalicəsi mövcud deyil.

Dr. Kristina Dintica qeyd edib ki, erkən həyat şəraiti, təhsilin keyfiyyəti və ətraf mühit faktorları bu fərqlərin formalaşmasında mühüm rol oynayır. Araşdırmanın məqsədi isə bu qeyri-bərabərliyin səbəblərini daha dərindən anlamaq və risk altındakı qruplar üçün daha məqsədyönlü müdaxilə proqramları hazırlamaqdır.

Məqalədə: #ABŞ #sağlamlıq #Elmi araşdırma #Alzheimer #Bunu bilirsinizmi? #Alzheimer riskini artıran amillər #Alzheimer-in qarşısını alma yolları #ruhi sağlamlıq #demans riski

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.