6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Arıqlama dərmanlarından istifadə edənlərin yarısı 1 il ərzində müalicəni dayandırır

Yeni aparılan araşdırma Ozempic və Wegovy kimi məşhur arıqlama dərmanlarının istifadəsi ilə bağlı narahatedici nəticələr ortaya qoyub. Analizə görə, bu preparatlardan istifadə edənlərin 52 faizi 12 ay ərzində müalicəni dayandırır. Danimarkada aparılan tədqiqat çərçivəsində artıq çəkidən əziyyət çəkən, lakin şəkərli diabeti olmayan 77 mindən çox şəxsin məlumatları araşdırılıb.

20 Sentyabr 2025 15:30
Arıqlama dərmanlarından istifadə edənlərin yarısı 1 il ərzində müalicəni dayandırır

BAKI, AzerVoice, Fərid Mikayılov

Yeni aparılan araşdırma Ozempic və Wegovy kimi məşhur arıqlama dərmanlarının istifadəsi ilə bağlı narahatedici nəticələr ortaya qoyub. Analizə görə, bu preparatlardan istifadə edənlərin 52 faizi 12 ay ərzində müalicəni dayandırır.

Danimarkada aparılan tədqiqat çərçivəsində artıq çəkidən əziyyət çəkən, lakin şəkərli diabeti olmayan 77 mindən çox şəxsin məlumatları araşdırılıb.

Nəticələr göstərib ki:

  • İstifadəçilərin 18 faizi ilk 3 ayda,
  • 31 faizi 6 ayda,
  • 42 faizi isə 9 ay ərzində müalicəni yarımçıq saxlayıb.

Mütəxəssislərin açıqlamasına görə, dərmanı daha çox gənclər, kişilər, aşağı gəlirli bölgələrdə yaşayanlar, xroniki xəstəlikləri olanlar və əvvəllər psixoloji və ya mədə-bağırsaq dərmanları qəbul edənlər dayandırır. Ən çox rast gəlinən səbəblər arasında ürəkbulanma və qusma kimi yan təsirlər qeyd olunur.

Məlum olub ki, 30 yaşdan aşağı şəxslərin müalicəni dayandırma ehtimalı 45–59 yaşlılarla müqayisədə 48 faiz daha yüksəkdir. Aşağı gəlirli bölgələrdə yaşayanlarda bu göstərici imkanlı bölgələrlə müqayisədə 14 faiz artıqdır.

Dərmanların baha olması da əsas maneələrdən biri kimi göstərilir. Danimarkada Ozempic-in 1 aylıq istifadəsi 313 avroya qədər yüksəlir. Almaniyada isə bu məbləğ təxminən 120 avrodur.

Məqalədə: #Bunu bilirsinizmi? #dərman sektoru #Ozempic #Wegovy #arıqlama dərmanları #dərman istifadəsi #müalicəni dayandırma #Danimarka araşdırması #ürəkbulanma #gənclər və dərman istifadəsi #mədə-bağırsaq dərmanları

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.