6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Heyvanlar kəsiləcəklərini hiss edirlərmi? - Elm qaçış videolarının sirrini açıqlayır

Qurban bayramı günlərində sosial şəbəkələrdə ən çox yayılan görüntülərdən biri kəsimdən əvvəl qaçmağa çalışan qurbanlıq heyvanlarla bağlı videolardır. Bu görüntülər cəmiyyətdə çox vaxt “heyvan öz aqibətini anlayır” fikri ilə izah olunur. Lakin elmi araşdırmalar bu davranışın səbəbinin şüurlu ölüm qorxusu deyil, heyvan orqanizminin ani təhlükə və stressə verdiyi təbii sinir reaksiyası olduğunu göstərir.

28 May 2026 06:00
Heyvanlar kəsiləcəklərini hiss edirlərmi? - Elm qaçış videolarının sirrini açıqlayır

BAKI,VOA Orxan Qədirzadə

Qurban bayramı günlərində sosial şəbəkələrdə ən çox yayılan görüntülərdən biri kəsimdən əvvəl qaçmağa çalışan qurbanlıq heyvanlarla bağlı videolardır. Bu görüntülər cəmiyyətdə çox vaxt “heyvan öz aqibətini anlayır” fikri ilə izah olunur. Lakin elmi araşdırmalar bu davranışın səbəbinin şüurlu ölüm qorxusu deyil, heyvan orqanizminin ani təhlükə və stressə verdiyi təbii sinir reaksiyası olduğunu göstərir.

Elmi nəşrlərdən birində dərc olunan araşdırmada qeyd edilir ki, kəsimdən əvvəlki mərhələ heyvan üçün fizioloji və davranış baxımından ən ağır və həssas dövrlərdən biridir. Bu mərhələdə heyvan həm psixoloji, həm də fiziki gərginlik yaşayır. Psixoloji gərginlik əsasən mühitin dəyişməsi, sürüdən ayrılma, yad heyvanlarla təmas və insan müdaxiləsi nəticəsində yaranır. Fiziki gərginlik isə qida məhdudiyyəti, daşınma prosesi, hava şəraiti, yorğunluq və bəzi hallarda ağrı ilə bağlı olur.

Araşdırmaya görə, stressin səviyyəsi heyvanın növünə və saxlanma şəraitinə görə dəyişir. Dana və iribuynuzlu heyvanlarda sürü daxilindəki sosial bağların pozulması, uzunmüddətli daşınma, yorğunluq və yeni mühitə keçid ciddi narahatlıq yaradır. Xüsusilə bir-birinə öyrəşməmiş heyvanların eyni məkanda toplanması onların gərginliyini daha da artırır.

Qoyunlarda isə otlaqlardan toplanma, çoban itlərinin istifadəsi və sonrakı daşınma prosesi əsas stress səbəbləri hesab olunur. Bütün bu dəyişikliklər heyvan orqanizmində sinir sisteminin müdafiə mexanizmini aktivləşdirir.

Nəticədə orqanizmdə kortizol və adrenalin kimi stress hormonlarının səviyyəsi yüksəlir, ürək döyüntüləri sürətlənir, əzələlər gərginləşir və heyvan yüksək ayıqlıq vəziyyətinə keçir. Bu vəziyyət heyvanın “qaç və ya müqavimət göstər” reaksiyasını işə salır. Elm adamları bildirirlər ki, bu davranış ölümün şüurlu şəkildə dərk olunması deyil, səs, hərəkət, qışqırıq və qəfil mühit dəyişikliyi kimi təsirlərə qarşı yaranan instinktiv müdafiə reaksiyasıdır.

Araşdırmada vurğulanır ki, heyvanların daşınması və saxlanması zamanı uyğun şərait yaradılması, onların uzun müddət stress altında saxlanmaması və kəsimdən əvvəl sakitləşdirilməsi bu cür qaçış hallarını əhəmiyyətli dərəcədə azalda bilər.

Mütəxəssislər bildirirlər ki, heyvanın kəsimdən əvvəl yaşadığı stress yalnız davranışa deyil, eyni zamanda ətin keyfiyyətinə də ciddi təsir göstərir. Başqa bir elmi araşdırmada qeyd olunur ki, güclü stress və həddindən artıq fiziki aktivlik heyvanın əzələlərindəki qlikogen ehtiyatını azaldır. Bu isə sonradan “tünd rəngli, sərt və quru ət” kimi tanınan keyfiyyət probleminin yaranmasına səbəb olur.

Araşdırmaya əsasən, belə hallarda ətin turşuluq səviyyəsi normal göstəricidən yüksək qalır. Bunun əsas səbəbi qlikogenin azalması nəticəsində süd turşusunun kifayət qədər yaranmamasıdır. Normal şəraitdə bu proses ətin yumşaq və keyfiyyətli olmasına kömək edir.

Kimyəvi balansın pozulması isə mikroorqanizmlərin fəaliyyətinə birbaşa təsir göstərir. Belə ətlərdə bakteriyalar enerji mənbəyi kimi qlükoza tapa bilmədikdə birbaşa zülal tərkibli maddələri parçalamağa başlayır. Nəticədə ət daha tez xarab olur, xoşagəlməz qoxular yaranır və keyfiyyət sürətlə aşağı düşür.

Araşdırmalar göstərir ki, heyvanların kəsimdən əvvəl sakit və stresssiz şəraitdə saxlanılması həm onların davranışına, həm də əldə olunan ətin sağlamlıq və keyfiyyət göstəricilərinə birbaşa təsir edən əsas amillərdən biridir.

Məqalədə: #Qurban Bayramı #qurbanlıq heyvanlar #qurbanlıq heyvanlarla bağlı videolar #heyvan öz aqibətini anlayır fikri #heyvan orqanizmi #təhlükə və stress qarşı reaksiya

Mövzu üzrə digər xəbərlər

Azərbaycanın Dəməşqdəkı səfirliyinin dəstəyi ilə Banias və Humusda min ailəyə qurban əti paylanılıb
Cəmiyyət

Azərbaycanın Dəməşqdəkı səfirliyinin dəstəyi ilə Banias və Humusda min ailəyə qurban əti paylanılıb

28 May 10:20
Qəzzadakı qardaşlarıma ən güclü həmrəylik mesajlarımı göndərirəm - Ərdoğan
Türkiyə

Qəzzadakı qardaşlarıma ən güclü həmrəylik mesajlarımı göndərirəm - Ərdoğan

27 May 11:09
Qəzzalılar Həcc və Qurban ibadətində məhdudiyyətlərlə üzləşir
Yaxın Şərq

Qəzzalılar Həcc və Qurban ibadətində məhdudiyyətlərlə üzləşir

20 May 20:18
Al Baraka Azerbaijan könüllüləri Qurban bayramı ilə əlaqədar yeni layihəyə start verib
Cəmiyyət

Al Baraka Azerbaijan könüllüləri Qurban bayramı ilə əlaqədar yeni layihəyə start verib

18 May 00:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.