Azərbaycanın Dəməşqdəkı səfirliyinin dəstəyi ilə Banias və Humusda min ailəyə qurban əti paylanılıb
Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfirliyinin dəstəyi ilə humanitar aksiya keçirilib. Səfirliyin nümayəndələri bildiriblər ki, bu cür xeyriyyə tədbirləri iki ölkə xalqları arasındakı dostluq və həmrəylik münasibətlərinin göstəricisidir. Yardım alan yerli sakinlər göstərilən diqqət və dəstəyə görə Azərbaycana öz minnətdarlıqlarını ifadə ediblər.
Heyvanlar kəsiləcəklərini hiss edirlərmi? - Elm qaçış videolarının sirrini açıqlayır
Qurban bayramı günlərində sosial şəbəkələrdə ən çox yayılan görüntülərdən biri kəsimdən əvvəl qaçmağa çalışan qurbanlıq heyvanlarla bağlı videolardır. Bu görüntülər cəmiyyətdə çox vaxt “heyvan öz aqibətini anlayır” fikri ilə izah olunur. Lakin elmi araşdırmalar bu davranışın səbəbinin şüurlu ölüm qorxusu deyil, heyvan orqanizminin ani təhlükə və stressə verdiyi təbii sinir reaksiyası olduğunu göstərir.
Qəzzadakı qardaşlarıma ən güclü həmrəylik mesajlarımı göndərirəm - Ərdoğan
Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə paylaşdığı mesajda bayramın bütün bəşəriyyət üçün xeyirli olmasını arzulayıb və xüsusilə Qəzza başda olmaqla İslam coğrafiyasındakı çətin vəziyyətdə olan bölgələrə həmrəylik mesajı göndərib.
Qəzzalılar Həcc və Qurban ibadətində məhdudiyyətlərlə üzləşir
Müharibə səbəbindən Qəzzalı zəvvarlar Həcc ziyarətinə gedə bilmir, Qurban bayramında isə heyvan kəsimi üçün məhdudiyyətlər qüvvədədir. 2023-cü ildə müharibə başlamazdan əvvəl Qəzzadan hər il ən azı 3 000 zəvvar Həcc ibadətini yerinə yetirirdi. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan “atəşkəs” çərçivəsində İsrail fevral ayında Qəzzanın xarici dünyaya əsas çıxış qapısı olan Rəfah keçidini qismən açsa da, yalnız həftəlik bir neçə yüz nəfərin – əsasən xəstələrin və az sayda müşayiətçilərin keçməsinə icazə verilib.
Al Baraka Azerbaijan könüllüləri Qurban bayramı ilə əlaqədar yeni layihəyə start verib
Qurban bayramı münasibətilə həyata keçirilən humanitar layihələr çərçivəsində müxtəlif ölkələrdə yaşayan ehtiyac sahibi ailələrə dəstəyin göstərilməsi məqsədilə yeni təşəbbüsə start verilib.
İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
Türkiyənin İnsani Yardım Vəqfi (İHH), bu il Qurban Bayramı fəaliyyətləri çərçivəsində vəkalətini aldığı 112 min 207 paylıq qurbanı, Türkiyə də daxil olmaqla 60 ölkədə ehtiyac sahiblərinə çatdırıb.