13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib

8 İyun 2025 15:25
Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib

BAKI, AzerVoice

Azərbaycan tərəfindən Suriyada növbəti xeyriyyə aksiyası keçirilib. Müqəddəs Qurban bayramı münasibətilə cari ilin 7-8 iyun tarixlərində Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşqətrafı, Homs və Homsətrafı vilayətlərində “Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər” şüarı altında yardım fəaliyyəti təşkil olunub.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat verib.

Məlumata görə, səfirliyin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müvafiq dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Xeyriyyə aksiyasının təşkil olunmasında Suriyanın “Həyat” Fondu, eləcə də “Səvaidul İhsən” (xeyirxah əllər) və “Bəsmətu Həyat” (həyatın gülüşü) adlı könüllü qrupları da iştirak edib.

Ərəb, türkman, çərkəz və ələvi əsilli ailələri əhatə edən xeyriyyə aksiyasının ilk günü Dəməşqətrafı vilayətinin Qərbi və Şərqi Quta rayonlarında, növbəti gün isə Homs və Homsətrafı vilayətlərində baş tutub. Həmin ailələrin böyük əksəriyyətini uzun sürən vətəndaş müharibəsi nəticəsində ərlərini itirmiş çoxuşaqlı qadınlar təşkil edib. İki gün ərzində ümumilikdə təxminən 1500 insan sözügedən yardım fəaliyyətindən faydalanıb.

Qurban sovqatının təqdim olunduğu ailələr Azərbaycan xalqı və dövlətinə dərin minnətdarlıqlarını ifadə edərək, ən xoş arzularını çatdırıblar.

Prezident cənab İlham Əliyevin müvafiq təlimatına uyğun olaraq Suriya əhalisi üçün ölkəmiz adından təşkil olunan humanitar yardım xarakterli fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan Respublikası tərəfindən Suriya xaqlı üçün 200 ton həcmində humanitar yardım göndərilib. Bundan savayı, AIDA-nın dəstəyi və Suriyadakı səfirliyimizin təşkilatçılığı ilə cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.

Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib
Məqalədə: #Azərbaycan #Suriya #Qurban Bayramı #Azərbaycanın Suriyadakı səfirliyi

Mövzu üzrə digər xəbərlər

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

21:23
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

19:51
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.