6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

İntellektual lüks yeni dəb istiqamətinə çevrilir - Loqoları və bahalı parçaları ideyalar əvəz edir

Moda və marketinq dünyasında son illər geniş yayılan "Old Money" cərəyanı və "səssiz lüks" anlayışı tədricən öz mövqeyini yeni bir tendensiyaya – "intellektual lüks" konsepsiyasına verir. Yeni yanaşma zənginliyi nümayiş etdirməyin əsas meyarını bahalı geyim və tanınmış brendlərdən uzaqlaşdıraraq insanın düşüncə tərzini, baxışlarını və şəxsiyyətini ön plana çıxarır.

12 İyul 2026 09:00
İntellektual lüks yeni dəb istiqamətinə çevrilir - Loqoları və bahalı parçaları ideyalar əvəz edir

BAKI,VOA Orxan Qədirzadə

Moda və marketinq dünyasında son illər geniş yayılan "Old Money" cərəyanı və "səssiz lüks" anlayışı tədricən öz mövqeyini yeni bir tendensiyaya – "intellektual lüks" konsepsiyasına verir. Yeni yanaşma zənginliyi nümayiş etdirməyin əsas meyarını bahalı geyim və tanınmış brendlərdən uzaqlaşdıraraq insanın düşüncə tərzini, baxışlarını və şəxsiyyətini ön plana çıxarır.

Uzun müddət dəbdə olan "Old Money" üslubu gəncləri yaşlı və klassik görünüşə yönəldən estetikası ilə seçilirdi. Daha sonra isə "səssiz lüks" anlayışı populyarlıq qazandı. Bu mərhələdə geyimlər üzərində iri loqoların nümayişindən imtina olunsa da, yüksək keyfiyyətli və bahalı parçalar vasitəsilə maddi imkanlar yenə də hiss olunurdu.

Hazırda isə moda dünyasında fərqli yanaşma formalaşır. "İntellektual lüks" adlandırılan bu istiqamət nə loqoları, nə də bahalı parçaları əsas meyar hesab edir. Konsepsiyanın əsas ideyası insanın fikirlərinin, dünyagörüşünün və fərdi mövqeyinin maddi göstəricilərdən daha dəyərli olmasıdır.

Bu istiqamətin son dövrdə diqqət çəkən nümunələrindən biri Milanda yaradılan Sassufi markası hesab olunur. Brendin yanaşmasına görə, loqoların görünməsi artıq vacib deyil. Eyni zamanda bahalı materiallardan istifadə də əsas üstünlük kimi qəbul edilmir. Bunun əvəzinə insanların düşüncə tərzi, baxış bucağı və ideyaları ön plana çıxarılır.

Moda baxımından bu yanaşma geyimin qiymətindən çox onun biçiminə, siluetinə və insan üzərində yaratdığı təsirə diqqət yetirir. Geyim yalnız estetik görünüş deyil, həm də qadını və qadınlığı ifadə edən vasitə kimi dəyərləndirilir.

Marketinq baxımından isə "intellektual lüks" insanların maddi imkanlarını nümayiş etdirməkdən daha çox onların həyat mövqeyini və dünyaya münasibətini ifadə etməsinə əsaslanır. Bu konsepsiyada geyim insanın sosial statusunu deyil, xarakterini və düşüncə tərzini əks etdirən element kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, bu yanaşma müəyyən ziddiyyətləri də özündə birləşdirir. Çünki intellektuallıq insanları bir-birinə yaxınlaşdırmağa və fərqli baxışlar arasında məsafəni azaltmağa xidmət edir. Lüks anlayışı isə tarixən əlçatmazlıq, fərqlilik və sosial məsafə üzərində qurulub. Bu səbəbdən "intellektual lüks" konsepsiyasının gələcəkdə digər brendlər tərəfindən sadələşdirilərək səthi marketinq alətinə çevrilməsi ehtimalı da istisna edilmir.

Digər tərəfdən, uzun tarixə və dərin fəlsəfəyə malik olan "səssiz lüks" anlayışının qısa müddətdə geniş kütlələr tərəfindən mənimsənilməsi və kommersiyalaşdırılması, onun yerini yeni konsepsiyanın tutması Qərb istehlak modelində yeni mərhələnin başlandığını göstərən amillərdən biri kimi qiymətləndirilir.

Bu tendensiya istehlak cəmiyyətinin yaratdığı sürətli dəyişikliklər fonunda insanların artıq maddi göstəricilərdən daha çox şəxsiyyətə, xarakterə və ideyalara önəm verməyə başladığını nümayiş etdirir. Yeni yanaşmanın əsas mesajı isə insanın dəyərinin geyindiyi brend və ya parçanın qiyməti ilə deyil, düşüncələri, mövqeyi və həyata baxışı ilə müəyyənləşməsidir.

Məqalədə: #intellektual lüks #moda və marketinq trendləri #Old Money üslubu #səssiz lüks #geyimdə ideya və fərdi mövqe #bahalı brendlər #geyimdə estetika və siluet #şəxsi xarakter və moda #dünyagörüş və lüks #Sassufi markası

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu
Redaktorun seçimi

İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

30 Avqust 15:00
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?
Maraqlı faktlar

Gecə saat 3-də oyanmağın elmi səbəbi nədir?

23 Avqust 16:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.