6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İsrailin zərbəsindən sonra İranın ağır su zavodu fəaliyyətini dayandırıb - MAQATE

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bazar günü yaydığı bəyanatda İsrailin hərbi hava zərbələrindən sonra İranın Xondab bölgəsində yerləşən ağır su istehsalı zavodunun artıq istismara yararlı olmadığını bildirib. Agentlik peyk görüntülərinin müstəqil təhlilinə əsaslanaraq, 27 mart tarixində hücuma məruz qalan müəssisəyə "ciddi ziyan dəydiyini" təsdiqləyib.

30 Mart 2026 09:27
İsrailin zərbəsindən sonra İranın ağır su zavodu fəaliyyətini dayandırıb - MAQATE

BAKI,VOA, Nailə Babazadə

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bazar günü yaydığı bəyanatda İsrailin hərbi hava zərbələrindən sonra İranın Xondab bölgəsində yerləşən ağır su istehsalı zavodunun artıq istismara yararlı olmadığını bildirib.

VOA xəbər verir ki, agentlik peyk görüntülərinin müstəqil təhlilinə əsaslanaraq, 27 mart tarixində hücuma məruz qalan müəssisəyə "ciddi ziyan dəydiyini" təsdiqləyib.

İsrail hərbçiləri cümə günü mərkəzi İrandakı Ərak yaxınlığında yerləşən zavoda zərbə endirdiklərini etiraf edərək, həmin obyekti "nüvə silahı üçün əsas plutonium istehsalı mərkəzi" kimi xarakterizə ediblər. MAQATE isə öz növbəsində qeyd edib ki, hücuma məruz qalan qurğuda bəyan edilmiş hər hansı nüvə materialı mövcud deyil.

Regionda müharibənin başlamasından bəri keçən bir ay ərzində İranın müxtəlif bölgələrində yerləşən bir neçə nüvə obyekti dəfələrlə hərbi zərbələrin hədəfi olub. Xondab zavodunun sıradan çıxması İranın nüvə proqramının texniki imkanlarına vurulan ən böyük zərbələrdən biri kimi qiymətləndirilir.

Məqalədə: #İsrail və İran gərginliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu

Mövzu üzrə digər xəbərlər

İranın nüvə obyektlərini yenidən qurduğuna dair əsaslı sübut yoxdur - MAQATE
İran

İranın nüvə obyektlərini yenidən qurduğuna dair əsaslı sübut yoxdur - MAQATE

27 Avqust 16:45
İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz
İran

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

26 İyun 17:44
İran İsrailə hücum edib
İran

İran İsrailə hücum edib

7 İyun 23:39
CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN
Siyasət

CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

5 İyun 14:33

Son Xəbərlər

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.