9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran qələbə elan etməli və müharibəni bitirməlidir – Cavad Zərif

İranın keçmiş xarici işlər naziri Cavad Zərif ölkəsini "qələbə elan etməyə və həm bu münaqişəni bitirən, həm də növbətisinin qarşısını alan bir sövdələşməyə" çağırıb. Uzun illər İranın nüvə proqramı üzrə ABŞ və digər dövlətlərlə apardığı danışıqların əsas siması olan Zərif, Tehran üçün əlverişli şərtlərlə ABŞ və İsrail ilə müharibəni dayandırmağın yollarını cızan bir "yol xəritəsi" təqdim edib.

3 Aprel 2026 10:36
İran qələbə elan etməli və müharibəni bitirməlidir – Cavad Zərif

BAKI,VOA

İranın keçmiş xarici işlər naziri Cavad Zərif ölkəsini "qələbə elan etməyə və həm bu münaqişəni bitirən, həm də növbətisinin qarşısını alan bir sövdələşməyə" çağırıb.

VOA xəbər verir ki, Zərif bu barədə ABŞ-ın nüfuzlu "Foreign Affairs" jurnalında dərc olunan geniş məqaləsində yazıb.

Uzun illər İranın nüvə proqramı üzrə ABŞ və digər dövlətlərlə apardığı danışıqların əsas siması olan Zərif, Tehran üçün əlverişli şərtlərlə ABŞ və İsrail ilə müharibəni dayandırmağın yollarını cızan bir "yol xəritəsi" təqdim edib.

“İran bütün sanksiyaların ləğvi müqabilində nüvə proqramına məhdudiyyətlər qoymağı və Hörmüz boğazını yenidən açmağı təklif etməlidir”-deyə o bildirib.

Zərif hesab edir ki, Vaşinqton əvvəllər qəbul etmədiyi bu razılaşmaya indiki şəraitdə razı ola bilər.

“Tehran ABŞ ilə hər iki ölkənin gələcəkdə bir-birinə zərbə endirməyəcəyinə dair öhdəlik götürdüyü qarşılıqlı hücum etməmə paktını imzalamağa hazır olmalıdır. İran ABŞ ilə həm Amerika, həm də İran xalqı üçün qazanc gətirəcək iqtisadi əlaqələr təklif edə bilər”-deyə Zərif məqaləsində qeyd edib.

Cavad Zərif vurğulayır ki, bütün bu nəticələr İran rəsmilərinə ölkəni xarici düşmənlərdən qorumaq yerinə, diqqəti daha çox daxili sosial rifahın yaxşılaşdırılmasına yönəltməyə imkan verəcək. Onun sözlərinə görə, Tehran bu yolla iranlıların layiq olduğu "yeni və parlaq gələcəyi" təmin edə bilər.

Məqalədə: #İsrail #İran #ABŞ #Tel-Əviv #Tehran #Cavad Zərif #Vaşinqton #ABŞ İran toqquşması #ABŞ və İsrailin İran gərginliyi

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

8 Sentyabr 19:13
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.