ABŞ-yə qətiyyən etibar etmirik - İran
İranın baş hakimi Qulam-Hüseyn Mohseni-Ejei ABŞ-yə etibar etmədiklərini bəyan edib.Mohseni-Ejei qeyd edib ki, İran xalqı amerikalılara qətiyyən etibar etmir və bu etimadsızlıq tarixi faktlar və keçmiş hadisələrə əsaslanır.
Şahbaz Şərif Çin prezidenti ilə görüşüb
Pakistanın Baş naziri Şahbaz Şərif Çinə işgüzar səfəri çərçivəsində Çin Prezidenti Si Cinpin ilə görüşüb. Məlumata görə, Şərif Pekinə bu gün, Pakistanın ordu komandanı Asim Munir ilə birlikdə gəlib. Səhər saatlarında Şərif Çin Baş naziri Li Çiang ilə görüşüb, daha sonra isə Si Cinpin ilə rəsmi görüş baş tutub.
Hazırda nüvə danışıqları gündəmdə deyil - İran
İran hazırkı mərhələdə ABŞ ilə danışıqlarda əsas diqqətin nüvə proqramına deyil, müharibənin dayandırılmasına yönəldiyini açıqlayıb. O həmçinin vurğulayıb ki, İran üçün ilk mərhələdə ölkənin maraqlarını və təhlükəsizlik narahatlıqlarını təmin edən şərtlər daxilində müharibənin başa çatdırılması vacibdir. Bundan sonra digər məsələlərin müzakirə edilə biləcəyi qeyd olunub.
İran ABŞ-ın BƏƏ-dəki nüvə obyektinə hücum iddialarını rədd edir
İran Birləşmiş Ərəb Əmirliklərində yerləşən nüvə obyektinə pilotsuz uçuş aparatı ilə hücumda iştirak etdiyi barədə ABŞ tərəfindən irəli sürülən iddiaları rədd edib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antoni Quterreş və Təhlükəsizlik Şurasının sədri ünvanına göndərdiyi məktubda Vaşinqtonun ittihamlarını əsassız adlandırıb.
Son 24 saatda Hörmüz Boğazından 35 gəmi keçib - SEPAH
İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirib ki, son 24 saat ərzində Hörmüz Boğazından 35 gəmi, o cümlədən neft tankerleri və konteyner gəmiləri keçib. SEPAH qeyd edib ki, bu keçidlər onların icazəsi və koordinasiyası ilə həyata keçirilib.
Tramp və Netanyahu arasında hansı fikir ayrılığı var?
ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında İran məsələsində fikir ayrılığı yaranıb. Axios-un mənbələri bildirir ki, Tramp Netanyahuya ABŞ və İranın imzalayacağı, savaşı rəsmi olaraq sona çatdıracaq və İranın nüvə proqramı ilə Hörmüz Boğazının açılması kimi məsələləri əhatə edən 30 günlük danışıqlar prosesini başlatmaq üçün “niyyət məktubu” üzərində işlədiklərini bildirib.
Müharibəyə dönüş daha çox sürpriz gətirəcək - Əraqçi
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə mümkün yeni qarşıdurma ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, İranın son müharibə dövründə əldə etdiyi təcrübə və kəşfiyyat məlumatları gələcək hərbi ssenarilərdə ciddi fərqlər yarada bilər.
ABŞ ağır nəticələrlə üzləşəcək - İran
İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Ebulfazl Şikarçi ABŞ-yə sərt xəbərdarlıq edib. O qeyd edib ki, İran əleyhinə həyata keçiriləcək istənilən əməliyyat gözlənilməz ssenarilərlə qarşılaşacaq və ABŞ yenidən “bataqlığa saplanacaq”.
Çində yanacaq qiymətləri artırılır
Qeyd olunub ki, Çin aprel ayında İranla müharibə və Hörmüz boğazının bağlanması səbəbindən qlobal neft qiymətlərində yaranan artımın təsirini azaltmaq üçün yanacaq qiymətlərini aşağı salmışdı. Hazırkı qərar isə qiymət limitlərinin yenidən artırılması mərhələsinə keçidi göstərir
İsrail atəşkəsdən sonra ilk dəfə Beyrutu hədəf aldı
İsrail ordusu çərşənbə günü atəşkəs razılaşmasından sonra ilk dəfə Livanın paytaxtı Beyrutu hədəf alıb. İsrail tərəfi zərbənin, Hizbullahın elit “Radvan” bölməsinin komandirlərindən birini hədəf aldığını açıqlayıb. Hücum Beyrutun cənub ətrafında həyata keçirilib. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatda əməliyyatı təsdiqləyib. İsrail mediası hədəf alınan şəxsin öldürüldüyünü yazsa da, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Razılaşma olarsa əməliyyat dayanacaq, əks halda hücumlar başlayacaq - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı açıqlama verərək şərtlər irəli sürüb. Onun sözlərinə görə, Tehran razılaşmanı qəbul edərsə, “Epik Qəzəb” adlı əməliyyat dayandırılacaq və Hörmüz boğazında tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq.
Avropa Trampın hərbi mesajını qəbul etdi - NATO
NATO rəhbərliyi ABŞ və Avropa ölkələri arasında hərbi əməkdaşlıq məsələlərində yeni mərhələnin başladığını bildirir. Mark Rutte Avropa ölkələrinin ABŞ prezidenti Donald Tramp tərəfindən verilən mesajları nəzərə aldığını və hərbi bazaların istifadəsi ilə bağlı razılaşmaların icrasını sürətləndirdiyini açıqlayıb