12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail atəşkəsdən sonra ilk dəfə Beyrutu hədəf aldı

İsrail ordusu çərşənbə günü atəşkəs razılaşmasından sonra ilk dəfə Livanın paytaxtı Beyrutu hədəf alıb. İsrail tərəfi zərbənin, Hizbullahın elit “Radvan” bölməsinin komandirlərindən birini hədəf aldığını açıqlayıb. Hücum Beyrutun cənub ətrafında həyata keçirilib. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatda əməliyyatı təsdiqləyib. İsrail mediası hədəf alınan şəxsin öldürüldüyünü yazsa da, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

7 May 2026 11:25
İsrail atəşkəsdən sonra ilk dəfə Beyrutu hədəf aldı

BAKI,VOA, Fərid Mikayılov

İsrail ordusu çərşənbə günü atəşkəs razılaşmasından sonra ilk dəfə Livanın paytaxtı Beyrutu hədəf alıb.

VOA xəbər verir ki, hücum, ötən ay əldə olunan atəşkəsdən sonra bölgədə gərginliyin yenidən artdığı bir dövrə təsadüf edir.

İsrail tərəfi zərbənin, Hizbullahın elit “Radvan” bölməsinin komandirlərindən birini hədəf aldığını açıqlayıb. Hücum Beyrutun cənub ətrafında həyata keçirilib. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatda əməliyyatı təsdiqləyib. İsrail mediası hədəf alınan şəxsin öldürüldüyünü yazsa da, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Atəşkəs razılaşması ABŞ–İran xəttində daha geniş diplomatik balansın tərkib hissəsi kimi qiymətləndirilirdi və Livanda İsrail hücumlarının dayanması Tehranın əsas tələblərindən biri idi. Lakin son hadisə bu prosesin davamlılığı ilə bağlı suallar yaradıb.

Eyni zamanda İsrail ordusu Livanın cənubunda Litani çayının şimalında yerləşən bir neçə kəndin boşaldılması ilə bağlı çağırış edib. Bu addım əməliyyat zonasının genişləndiyi ehtimalını gücləndirib.

Livan tərəfi də vəziyyətin gərginləşdiyini bildirir. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin cənubundakı Zelaya bölgəsinə endirilən zərbədə 4 nəfər, o cümlədən qadınlar və yaşlı bir kişi həlak olub.

Hizbullah isə İsrail ordusuna qarşı pilotsuz uçuş aparatları və raket hücumları həyata keçirdiyini açıqlayıb. İsrail tərəfi isə Livan ərazisindən atılan dronların qarşısının alındığını və bir neçə hərbi hədəfin vurulduğunu bildirib.

Rəsmi Beyrut isə hələlik yüksək səviyyəli danışıqların vaxtının yetişmədiyini bildirir. Baş nazir Nəvaf Salam vurğulayıb ki, istənilən gələcək danışıqlar atəşkəsin möhkəmləndirilməsi və İsrailin geri çəkilməsi şərti ilə mümkündür.

ABŞ prezidenti Donald Tramp tərəflər arasında sülh üçün “böyük imkan” olduğunu desə də, bölgədə davam edən qarşılıqlı hücumlar atəşkəsin gələcəyini qeyri-müəyyən edir.

Son məlumatlara görə, müharibənin başlanmasından bu yana Livanda 2700-dən çox insan həyatını itirib. İsrail isə həm əsgər, həm də mülki itkilər barədə məlumat yayıb.

Məqalədə: #İsrail #Beyrut #Hizbullah #Livan-İsrail gərginliyi #ABŞ və İsrailin İran gərginliyi

Mövzu üzrə digər xəbərlər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi

09:45
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00

Son Xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.