7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Vaşinqtonla danışıqlarda Tehranı Qalibaf təmsil edəcək

İran mediası gələn cümə günü Pakistanın paytaxtı İslamabadda Amerika Birləşmiş Ştatları ilə keçiriləcək tarixi danışıqlarda Tehranı təmsil edəcək şəxsin adını açıqlayıb. Eyni mənbələrin məlumatına görə, ABŞ tərəfini danışıqlarda vitse-prezident Cey Di Vens (JD Vance) təmsil edəcək. Bu, müharibənin başlanmasından bəri hər iki ölkənin ən yüksək səviyyəli rəsmiləri arasında keçiriləcək ilk birbaşa görüş olacaq.

8 Aprel 2026 15:09
Vaşinqtonla danışıqlarda Tehranı Qalibaf təmsil edəcək

BAKI,VOA, Fərid Mikayılov

İran mediası gələn cümə günü Pakistanın paytaxtı İslamabadda Amerika Birləşmiş Ştatları ilə keçiriləcək tarixi danışıqlarda Tehranı təmsil edəcək şəxsin adını açıqlayıb.

VOA xəbər verir ki, məlumata görə, İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək.

Eyni mənbələrin məlumatına görə, ABŞ tərəfini danışıqlarda vitse-prezident Cey Di Vens (JD Vance) təmsil edəcək. Bu, müharibənin başlanmasından bəri hər iki ölkənin ən yüksək səviyyəli rəsmiləri arasında keçiriləcək ilk birbaşa görüş olacaq.

Qeyd edək ki, çərşənbə günü səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbələrin iki həftə müddətinə dayandırıldığını elan edib. Lakin Tramp bu addımı Hörmüz boğazının dərhal və tamamilə açılması, habelə atəşkəsin hər iki tərəf üçün məcburi olması şərti ilə bağlayıb.

Bu qərar Trampın Hörmüz boğazını açmaq üçün İrana verdiyi və "bütöv bir sivilizasiyanı məhv etmək" təhdidi ilə müşayiət olunan ultimatumun bitməsinə iki saatdan az vaxt qalmış qəbul edilib.

İran hökuməti bəyan edib ki, onların əsas hədəfi 15 günlük atəşkəs müddətində Pakistandakı danışıqları yekunlaşdırmaq və həm ABŞ, həm də İsrail ilə müharibəyə tamamilə son qoymaqdır.

Analitiklər Qalibaf kimi hərbi keçmişi olan bir siyasətçinin və ABŞ-ın vitse-prezidentinin bu danışıqlarda iştirakını tərəflərin yekun saziş əldə etmək məsələsində ciddi olduqlarının göstəricisi kimi qiymətləndirirlər.

Məqalədə: #İran #ABŞ #Pakistan #Tehran #Vaşinqton #İslamabad #Məhəmməd Baqir Qalibaf #Cey Di Vens #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması

Mövzu üzrə digər xəbərlər

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
İran

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

19:25
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır

18:41
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman

Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib

18:13

Son Xəbərlər

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
19:25
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
19:13
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.