13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Hörmüz boğazının açıq qalmasını istəyirik, lakin ABŞ diplomatiyanı sarsıdır- İran XİN

İran Xarici İşlər nazirinin müavini bölgədəki hərbi-siyasi vəziyyət və Vaşinqtonla aparılan danışıqlar barədə geniş bəyanatla çıxış edərək, ABŞ-ın diplomatik səylərə xələl gətirdiyini bildirib. Nazir müavini Hörmüz boğazında naviqasiyanın asanlaşdırılmasına hazır olduqlarını, lakin Amerika tərəfinin ziddiyyətli mövqe nümayiş etdirdiyini vurğulayıb.

18 Aprel 2026 14:39
Hörmüz boğazının açıq qalmasını istəyirik, lakin ABŞ diplomatiyanı sarsıdır- İran XİN

BAKI,VOA

İran Xarici İşlər nazirinin müavini bölgədəki hərbi-siyasi vəziyyət və Vaşinqtonla aparılan danışıqlar barədə geniş bəyanatla çıxış edərək, ABŞ-ın diplomatik səylərə xələl gətirdiyini bildirib. Nazir müavini Hörmüz boğazında naviqasiyanın asanlaşdırılmasına hazır olduqlarını, lakin Amerika tərəfinin ziddiyyətli mövqe nümayiş etdirdiyini vurğulayıb.

"Trampın bəyanatları ziddiyyətlidir"

VOA xəbər verir ki, İranlı rəsmi ABŞ Prezidenti Donald Trampın son çıxışlarına toxunaraq, Vaşinqtonun qeyri-müəyyən siyasət yürütdüyünü qeyd edib.
"Tramp çox danışır və eyni bəyanat daxilində bir-birinə zidd olan fikirlər səsləndirir. Amerika dərk etməlidir ki, artıq müstəmləkəçilik dövrü geridə qalıb və müharibə heç bir müsbət həll yoluna gətirib çıxara bilməz."-deyə o bildirib.

O əlavə edib ki, gələcəkdə hər hansı bir mühasirə qəbulolunmazdır və heç kim öz iradəsini İrana diktə edə bilməz.
"Diplomatiyaya xəyanət edildi"
Tehranın danışıqlar masasında xoş niyyət nümayiş etdirdiyini bildirən nazir müavini, ABŞ-ın etibarsız tərəfdaş olduğunu iddia edib.
"Biz iki raund danışıqlara səmimiyyətlə daxil olduq, lakin onlar diplomatiyaya xəyanət etdilər. Buna görə də biz bundan sonra daha ehtiyatlı olacağıq. İranın qəbul edəcəyi hər bir razılaşma mütləq beynəlxalq hüquq çərçivəsində olmalıdır, çünki biz öz hüquqlarımıza sadiqik."-deyə iranlı diplomat əlavə edib.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #Tehran #Vaşinqton #diplomatiya #müharibə #sülh danışıqları #Beynəlxalq hüquq #Hərbi gərginlik #Hörmüz boğazı #Geosiyasət #son dəqiqə #Abbas İraqçı #dəniz mühasirəsi #naviqasiya #Böyük İsrail layihəsi #2026

Mövzu üzrə digər xəbərlər

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.