10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Hörmüz boğazında yeni plan - ABŞ boğaza nəzarəti ələ almağa hazırlaşır?

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Hörmüz boğazı ilə bağlı yeni hərbi ssenarilər gündəmə gəlib. ABŞ-da Hörmüz boğazının bir hissəsinə nəzarətin ələ keçirilməsini nəzərdə tutan alternativ plan müzakirə olunur. Məlumata əsasən, təqdim olunması gözlənilən bu planın əsas məqsədi strateji əhəmiyyət daşıyan boğazda dəniz nəqliyyatının yenidən açılmasını təmin etməkdir. Mənbə bildirib ki, mümkün əməliyyat yalnız dəniz qüvvələri ilə məhdudlaşmaya və quru qoşunlarının da iştirakını əhatə edə bilər.

30 Aprel 2026 09:24
Hörmüz boğazında yeni plan - ABŞ boğaza nəzarəti ələ almağa hazırlaşır?

BAKI,VOA, Orxan Qədirzadə

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Hörmüz boğazı ilə bağlı yeni hərbi ssenarilər gündəmə gəlib.

VOA xəbər verir ki, “Axios” nəşrinin mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ-da Hörmüz boğazının bir hissəsinə nəzarətin ələ keçirilməsini nəzərdə tutan alternativ plan müzakirə olunur.

Məlumata əsasən, təqdim olunması gözlənilən bu planın əsas məqsədi strateji əhəmiyyət daşıyan boğazda dəniz nəqliyyatının yenidən açılmasını təmin etməkdir. Mənbə bildirib ki, mümkün əməliyyat yalnız dəniz qüvvələri ilə məhdudlaşmaya və quru qoşunlarının da iştirakını əhatə edə bilər.

Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazı qlobal enerji tədarükünün əsas marşrutlarından biridir və burada baş verəcək hər hansı hərbi müdaxilə dünya bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər.

Analitiklərə görə, belə bir planın reallaşması regionda hərbi eskalasiyanı daha da dərinləşdirə və İran ilə ABŞ arasında gərginliyi kritik həddə çatdıra bilər.

Hazırda rəsmi Vaşinqton tərəfindən məsələ ilə bağlı konkret qərar açıqlanmasa da, mümkün ssenarilər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Məqalədə: #Yaxın Şərq gərginliyi #Hörmüz boğazı #Yaxın Şərqdə hərbi eskalasiya #İran ABŞ münasibətləri #ABŞ planı #enerji marşrutları #Hörmüz boğazında nə baş verir #ABŞ Hörmüz planı nədir #İran ABŞ gərginliyi 2026 #boğaz nəzarəti nə deməkdir

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran

İran rejimi süquta “çox yaxındır” - Netanyahu

9 Sentyabr 19:50
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb

9 Sentyabr 18:25

Son Xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub
17:03
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
17:01
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.