10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Əraqçi Livanın İranla bağlı ittihamlarını rədd edib

İranın xarici işlər naziri Abbas Əraqçi Livan prezidenti Cozef Aunun Tehranın ölkənin daxili işlərinə qarışmaması ilə bağlı çağırışına sərt reaksiya verib. Əraqçi sosial şəbəkədə paylaşdığı açıqlamada Aunun bəyanatlarını tənqid edərək bildirib ki, onun fikirlərindən belə çıxır ki, guya Livan ərazilərini işğal edən, əhalini didərgin salan və ölkəni hər gün bombardman edən tərəf İrandır.

6 İyun 2026 17:43
Əraqçi Livanın İranla bağlı ittihamlarını rədd edib

BAKI,VOA, Fərid Mikayılov

İranın xarici işlər naziri Abbas Əraqçi Livan prezidenti Cozef Aunun Tehranın ölkənin daxili işlərinə qarışmaması ilə bağlı çağırışına sərt reaksiya verib.

VOA xəbər verir ki, Əraqçi sosial şəbəkədə paylaşdığı açıqlamada Aunun bəyanatlarını tənqid edərək bildirib ki, onun fikirlərindən belə çıxır ki, guya Livan ərazilərini işğal edən, əhalini didərgin salan və ölkəni hər gün bombardman edən tərəf İrandır.

İranlı nazir qeyd edib ki, əgər Livan Tehran üçün danışıqlarda istifadə olunan vasitə olsaydı, artıq çoxdan razılaşma əldə edilərdi.

“Cənab Prezident, Livanı əsl düşməninizdən xilas edin”, - deyə Əraqçi vurğulayıb.

Bundan əvvəl CNN-ə müsahibəsində Livan prezidenti Cozef Aun İranı ölkəsinin daxili işlərinə müdaxilə etməməyə çağırmışdı. O bildirmişdi ki, Livanın taleyi livanlıların məsuliyyətidir və xarici tərəflər ölkənin daxili məsələlərinə qarışmamalıdır.

Livanın baş naziri Nəvaf Salam da İranı Livandan ABŞ ilə aparılan danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməməyə çağırıb.

Qeyd edək ki, İsrail ilə İranın dəstəklədiyi Hizbullah arasında davam edən qarşıdurma fonunda Livanda vəziyyət gərgin olaraq qalır.

Məqalədə: #İran #Livan #Beyrut #Tehran #Abbas Əraqçi #Cozef Aun

Mövzu üzrə digər xəbərlər

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

20:10
İranın gizli nüvə obyekti yenidən diqqət mərkəzinə düşüb
İran

İranın gizli nüvə obyekti yenidən diqqət mərkəzinə düşüb

19:15
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran

İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb

18:50
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13

Son Xəbərlər

Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
20:45
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
20:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.