7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Son müharibələr İranın qlobal ictimai rəydəki imicini yenidən formalaşdırdı - İran XİN

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai son müharibə dövründəki addımların ölkənin qlobal ictimai rəydəki imicini yenidən formalaşdırdığını bəyan edib. Mətbuat katibi bildirib ki, onilliklər ərzində İrana qarşı sistemli mənfi təbliğat aparılaraq ölkə bir təhlükə kimi təqdim olunub və bu dezinformasiya qlobal qərar qəbulu proseslərinə təsir göstərmək üçün əsas götürülüb.

21 Avqust 2026 11:13
Son müharibələr İranın qlobal ictimai rəydəki imicini yenidən formalaşdırdı - İran XİN

BAKI,VOA, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai son müharibə dövründəki addımların ölkənin qlobal ictimai rəydəki imicini yenidən formalaşdırdığını bəyan edib.

VOA xəbər verir ki, onun bu fikirləri “12 günlük döyüş və İranın milli brendi məsələsi” adlı kitabın təqdimat mərasimində səsləndirilib.

Mətbuat katibi bildirib ki, onilliklər ərzində İrana qarşı sistemli mənfi təbliğat aparılaraq ölkə bir təhlükə kimi təqdim olunub və bu dezinformasiya qlobal qərar qəbulu proseslərinə təsir göstərmək üçün əsas götürülüb.

Bəqai bu prosesi "şeytanlaşdırma və insanlıqdan kənarlaşdırma" adlandıraraq, son bir il yarımda yaşanan hadisələrin sabit stereotipləri, xüsusən də İran dövlət strukturunun yalnız ayrı-ayrı şəxslərdən asılı olması barədəki yanlış fərziyyələri darmadağın etdiyini diqqətə çatdırıb.

XİN rəsmisi əlavə edib ki, İran fərdlərdən deyil, möhkəm institutlardan ibarət dövlətdir və xalqın həm hərbi, həm də diplomatiya sahəsindəki davranışı ölkənin yüksək sivilizasiya potensialını bir daha nümayiş etdirib.

Məqalədə: #İran #ABŞ #İran XİN #İsmayıl Bəqai #İran Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

19:41
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
İran

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

19:25
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır

18:41

Son Xəbərlər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.