10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İranın neft ixracını məhdudlaşdırmaq cəhdlərinə sərt münasibət bildirib. O, İranın neft sata bilməyəcəyi təqdirdə regiondakı digər ölkələrin də neft ixracına imkan verilməyəcəyini bəyan edib.

28 Avqust 2026 14:25
İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

BAKI,VOA, Fərid Mikayılov

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İranın neft ixracını məhdudlaşdırmaq cəhdlərinə sərt münasibət bildirib. O, İranın neft sata bilməyəcəyi təqdirdə regiondakı digər ölkələrin də neft ixracına imkan verilməyəcəyini bəyan edib.

VOA xəbər verir ki, Qalibaf iyulun 22-də yaydığı açıqlamanı sosial şəbəkədə yenidən paylaşaraq mövqeyinin dəyişmədiyini göstərib.

İran parlamentinin sədri ABŞ-nin Tehran üzərində iqtisadi təzyiqləri və ölkənin neft ixracına mane olmaq cəhdlərini nəzərdə tutaraq müharibənin şərtlərinin aydın olduğunu bildirib.

“Müharibənin tənliyi aydındır: ya hamı, ya heç kim. Bizim neft sata bilmədiyimiz regionda heç kim neft sata bilməyəcək”, – deyə Qalibaf bildirib.

O, İranın enerji və digər mühüm infrastrukturunun təhlükəsizliyi təmin edilməyəcəyi halda regiondakı digər infrastrukturların da təhlükəsiz olmayacağını vurğulayıb.

Qalibaf Hörmüz boğazının təhlükəsizliyini də ABŞ-nin regiondakı hərbi mövcudluğu ilə əlaqələndirib. Onun sözlərinə görə, boğazda təhlükəsizliyin təmin edilməsi üçün ABŞ qüvvələri regiondan çıxmalıdır.

İran rəsmisi Hörmüz boğazında vəziyyətin əvvəlki şəraitə qayıtmayacağını bir daha bəyan edib. Qalibaf avqustun 18-də də boğazın açılmasını ABŞ-nin blokadanı aradan qaldırması və İranın neft ixracına tətbiq edilən məhdudiyyətləri götürməsi ilə əlaqələndirmişdi.

Hörmüz boğazı ilə bağlı gərginlik hazırda da davam edir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi avqustun 27-də boğazın yenidən açılması üçün Tehranın müəyyən şərtlər hazırladığını bildirib.

Məqalədə: #İran #ABŞ #Tehran #Vaşinqton #İran-ABŞ münasibətləri #Məhəmməd Baqir Qalibaf #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

20:10
İranın gizli nüvə obyekti yenidən diqqət mərkəzinə düşüb
İran

İranın gizli nüvə obyekti yenidən diqqət mərkəzinə düşüb

19:15
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran

İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb

18:50
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13

Son Xəbərlər

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
20:45
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
20:16
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
20:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.