14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq İraq
İraq

İraq silahların yalnız dövlət nəzarətində olması üçün qanun layihəsi hazırlayır

İraqın Baş naziri Əli Falih əz-Zeydi ölkədə silahların yalnız dövlət nəzarətində saxlanılmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması ilə bağlı göstəriş verib. Görüşdə İraqdakı təhlükəsizlik vəziyyəti, sabitliyin qorunması, dövlət sərhədlərinin və hava məkanının müxtəlif təhdidlərdən müdafiəsi istiqamətində görülən tədbirlər müzakirə olunub.

12 Avqust 2026 11:54
İraq silahların yalnız dövlət nəzarətində olması üçün qanun layihəsi hazırlayır

BAKI,VOA, Fərid Mikayılov

İraqın Baş naziri Əli Falih əz-Zeydi ölkədə silahların yalnız dövlət nəzarətində saxlanılmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması ilə bağlı göstəriş verib.

VOA xəbər verir ki, baş nazir bu barədə Parlamentin Təhlükəsizlik və Müdafiə Komissiyasının rəhbəri Xalid əl-Ubeydi ilə Bağdadda keçirilən görüş zamanı açıqlama verib.

İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası Bunu da oxuyun İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

Görüşdə İraqdakı təhlükəsizlik vəziyyəti, sabitliyin qorunması, dövlət sərhədlərinin və hava məkanının müxtəlif təhdidlərdən müdafiəsi istiqamətində görülən tədbirlər müzakirə olunub.

Əli Falih əz-Zeydi konstitusiya prosedurlarına uyğun olaraq silahların dövlət nəzarətində toplanması ilə bağlı qanun layihəsinin hazırlanmasına dair tapşırıq verib.

İraq Baş naziri bildirib ki, nəzarətsiz silahlar dövlət üçün ən ciddi təhlükələrdən biridir. Onun sözlərinə görə, bu vəziyyət hüququn aliliyini zəiflədir və təhlükəsizlik qurumlarının nüfuzuna mənfi təsir göstərir.

Zeydi ölkənin təhlükəsizliyinin, əhalinin rifahının və dövlət imkanlarının qorunması üçün siyasi, iqtisadi və təhlükəsizlik sabitliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Baş nazir qanunların qəbulunda, hökumətin inkişaf proqramlarının hüquqi əsaslarının yaradılmasında və sabitliyin möhkəmləndirilməsində icra və qanunverici orqanlar arasında əməkdaşlığın artırılmasının əhəmiyyətini qeyd edib.

İraq Silahlı Qüvvələrinin Baş Komandanlığı daha əvvəl silahların dövlət nəzarətində toplanması məqsədilə xüsusi komitənin yaradıldığını açıqlamışdı. Hökumətin planına əsasən, bu prosesin sentyabr ayının sonunadək həyata keçirilməsi nəzərdə tutulur.

İraqda dövlət qurumlarından kənarda fəaliyyət göstərən silahlı qrupların mövcudluğu uzun illərdir ölkənin əsas təhlükəsizlik və siyasi problemlərindən biri hesab olunur. Hökumət silah üzərində vahid dövlət nəzarəti yaratmaqla daxili sabitliyi gücləndirməyə və regional gərginliklərin ölkəyə təsirini azaltmağa çalışır.

Məqalədə: #İraq #Bağdad #təhlükəsizlik #Əli Falih əz-Zaidi #İraq Silahlı Qüvvələri

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13 Sentyabr 13:16
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraq

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb

13 Sentyabr 10:17

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.