11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

Həkim Şükrullah Muhəmməd ibn Mahmud ibn Muhəmməd Dilşad Şirvani yaşadığı dövrdə Osmanlı imperatorluğunda tanınmış həkimlərindən biri, həmçinin ərəb filologiyası, təfsir və hədis kimi dini elmlərdə də mütəxəssis idi.

11 Noyabr 2025 20:00
Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

BAKI,AzerVoice

Həkim Şükrullah Muhəmməd ibn Mahmud ibn Muhəmməd Dilşad Şirvani yaşadığı dövrdə Osmanlı imperatorluğunda tanınmış həkimlərindən biri, həmçinin ərəb filologiyası, təfsir və hədis kimi dini elmlərdə də mütəxəssis idi.
Müəllifi olduğu‚Risalətüs-Sultaniyyə və Kəmaliyyətüt-Tibb adlı əsərlərdə onun adı ‚Şükrullah Muhəmməd ibn Mahmud Dilşad kimi qeyd olunmuşdur. Bu qeydlərə istinadən onun, yuxarıda haqqında bəhs etdiyimiz, Mahmud ibn Muhəmməd Dilşad Şirvaninin oğlu olduğunu söyləmək olar. Pərviz Şahmərasi və digər bəzi müəlliflər onunla atasını eyni şəxs zənn edərək, adlarını aşağıda sadalayacağımız, tibbə dair əsərləri Mahmud ibn Muhəmməd Dilşada aid etmişdirlər. Bəzən də atasına aid olan əsər oğluna aid edilmişdir.
Həkim Şükrüllah Şirvani həm də istedadlı şair idi. O, farsca ‚Nəxlistan adlı mənzumə qələmə almışdı. Bu əsər Sədi Şirazinin ‚Gülüstanı tərzində yazılmışdı. Nəxlistanın yeganə nüsxəsi İstanbul Millət kitabxanasında saxlanılır.

Həkim Şükrullah Şirvani Osmanlı sultanı Fateh II Mehmedin (1451-1481) şəxsi həkimlərindən biri olmuş, qısa müddətdə onun yaxın adamlarından birinə çevrilmişdi. Həcc ziyarətinə getmiş və İstanbula qayıdarkən bir müddət Misirdə qalmışdı. Burada Şəmsəddin Səxavi (öl. 1497) kimi Misirin tanınmış mühəddislərindən hədis dərsləri almışdı.
Həmçinin Fateh II Mehmedin müəllimi mövlana Şəmsəddin Əhməd ibn İsmayıl Güranidən (öl. 1488) də İstanbulda hədis dərsləri almışdı. Hədis elminə dair icazətini (diplom) mövlana Şəmsəddin Əhməd Güranidən almışdı.

Həkim Şükrullah Şirvani müxtəlif elm sahələrinə aid bir sıra əsərin müəllifidir. Bunlardan riyaziyyata dair Fütuhat fil-Cifr, tibbə dair ‚Risalətüs-Sultaniyyə fit- Tibb,Risalə fil-Qulunc vəl-İxtibas ‚Lətaifül-Cəlilə, Rəvzətül-İtr fit-Tibb‚Müxtəsəri-Tibb,İxtiyarati-Bədii, Mürşid fit-Tibb-I sadalaya bilərik.
Onun tibb sahəsində qələmə aldığı bir digər əsəri də ‚əl-İlyasiyyə fit-Tibb adlanır. Daha çox ‚Kamalnamə adı ilə tanınan, tibbə dair ‚Kəmaliyyətüt-Tibb adlı türkcə qələmə alınmış əsərinin bir nüsxəsi Bosniya-Hersoqovinanın paytaxtı Sarayevodakı qazi Xosrov bəy kitabxanasında qorunur.
Həmin əsərin iki əlyazma nüsxəsi İstanbul Universiteti Cərrahpaşa tibb fakultəsinin kitabxanasında saxlanılır. Alim farsca qələmə aldığı ‚Riyazül-Ülum adlı əsərini Osmanlı sultanı II Bayəzidə (1481-1512) ithaf etmişdir. Şükrullah Şirvaninin Quran elmlərinə dair qələmə aldığı ‚Miftahün-Nəcat adlı ərəbcə əsərin Türkiyədəki yeganə nüsxəsi Çorum şəhəri Həsən paşa kitabxanasında saxlanılır. Alim tibbə dair əsərlərinin çoxunu türkcə qələmə almışdı. Həkim Şükrullah Şirvani fəzilət sahibi, saleh insan idi.
H. 912-ci ildə (1506) İstanbulda vəfat etmişdi.

Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

Məqalədə: #İslam irsi #Sədi Şirazi kimdir? #Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR #Ərəb filologiyası #Təfsir və hədis #Sədi Şirazi #Hədis elmi #Türkcə tibb əsərləri #İstanbul Universiteti

Mövzu üzrə digər xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
İslam və həyat: Şəriət sualları

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?

10 Sentyabr 00:21

Son Xəbərlər

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.