6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

“Radıyallahu anh” ifadəsinin istifadəsi və tarixçəsi

Ömər bin Əbdüləzizin xilafətinə qədərki Əməvilər dövründə cümə xütbələrində bəzi səhabələrə qarşı təhqiramiz ifadələr işlədildiyi məlumdur. Ancaq Ömər bin Əbdüləziz bu praktikaya son qoymuş, həmin ifadələri "tərraddî" (yəni "radıyallahu anh" – Allah ondan razı olsun) şəklində duaya çevirmişdir.

21 İyul 2025 13:41
“Radıyallahu anh” ifadəsinin istifadəsi və tarixçəsi

BAKI,AzerVoice , Azərbaycan İslam Ensiklopediyası

Ömər bin Əbdüləzizin xilafətinə qədərki Əməvilər dövründə cümə xütbələrində bəzi səhabələrə qarşı təhqiramiz ifadələr işlədildiyi məlumdur. Ancaq Ömər bin Əbdüləziz bu praktikaya son qoymuş, həmin ifadələri "tərraddî" (yəni "radıyallahu anh" – Allah ondan razı olsun) şəklində duaya çevirmişdir.

Hədis məclislərinin ədəbi qaydalarına görə, istər müəllim, istərsə də tələbə, hədis oxuyarkən Peyğəmbərimizin adı çəkildiyi zaman ona salavat gətirməli, səhabə adları keçdikdə isə "radıyallahu anh" və ya "rıdvānullahi aleyh" şəklində dua etməlidir.

Əgər söhbət həm özü, həm də atası səhabə olan İbn Ömər və ya İbn Abbas kimi bir şəxsdən gedirsə, "radıyallahu anhuma" (Allah ikisindən də razıolsun), həm özü, həm atası, həm də babası səhabə biri üçün isə "radıyallahu anhüm" (Allah onlardan razı olsun) ifadəsi işlədilir.

Məşhur alim İmam Nəvəvi, bu duanın yalnız səhabələrlə məhdudlaşdırılmayacağını, alimlər və saleh şəxslər üçün də istifadə olunmasının mümkün olduğunu və bu mövzuda çoxsaylı dəlillərin mövcudluğunu qeyd edir (Nəvəvi, əl-Əzkar, s. 109). Belə ki, hədis yazı məclislərində, ravinin hocadan eşitdiyini uzaqda olanlara çatdıran şəxs, əvvəlcə “Allah sizdən razı olsun (radıyallahu ankə), hansı müəllimlərdən rəvayət edəcəksiniz?” – deyə soruşardı. Bu isə tərraddînin səhabədən sonrakı nəsillərə də şamil edildiyini göstərir.

Hətta bu dua yalnız vəfat edənlər üçün deyil, həyatda olan şəxslər üçün də işlədilirdi. Məsələn, İmam Şafinin tələbəsi Rəbi bin Süleyman bir tələbənin "Bunu sənə Şafiimi rəvayət etdi?" sualına cavab olaraq, “Əgər hocam haqqında ‘radıyallahu anh’ deməzsənsə, sənə bir hərf belə rəvayət etmərəm” – demişdir (Xətib əl-Bağdadi, əl-Kifaye, II, 106–107).

Bəzi hədis üsulu kitablarında salavatın yazılması ilə bağlı müzakirələrdə, əsas nüsxələrdə qeyd olunmasa belə, səhabələrin adından sonra “radıyallahu anh” ifadəsinin əlavə edilməsinin vacibliyi qeyd olunmuşdur. Bu ifadənin dua olduğu və mətnin orijinalına müdaxilə sayılmadığı bildirilmişdir.
Bununla belə, ilk dövr hədis kitablarında səhabələrin adı çəkildikdə müntəzəm şəkildə bu ifadənin yazıldığına dair nümunələrə rast gəlinmir. Məsələn, Əhməd bin Hənbəlin salavat ifadəsini belə yazmadığına dair məlumatlar mövcuddur (İbnü’s-Salâh, s. 188). Həmin dövrdə yazı materiallarının azlığı da nəzərə alındıqda, “radıyallahu anh” ifadəsinin yazıya deyil, şifahi şəkildə oxunuş zamanı deyildiyi nəticəsinə gəlmək olar.

Qurani-Kərimdə “radıyallahu anhüm və radu anh” ifadəsi dörd ayədə keçir (əl-Maidə 5/119; ət-Tövbə 9/100; əl-Mücadilə 58/22; əl-Bəyyinə 98/8). Bu ayələr “radıyallahu anh” duası üçün ilham mənbəyi olmuş, Allahın razılığına nail olmaq isə bu ifadənin əsas mənəvi dayağına çevrilmişdir .
Xətib əl-Bağdadi bu duanın əsasını göstərmək üçün iki zəif sənədli hədis də nəql etmişdir. Cabir bin Abdullahın rəvayətinə görə, Rəsulullah Hz. Əbu Bəkrə “Allah sənə Rıdvani Əkbər (ən böyük razılıq) versin” – deyə dua etmişdir. Ənəs bin Malikdən nəql olunan başqa bir rəvayətdə isə, Peyğəmbərimiz ona ayaqqabısını gətirən bir uşağa “Rəbbinin rizasını istədin, Allah da səndən razı olsun” – demişdir.

Məqalədə: #radıyallahu anh nə deməkdir #radıyallahu anh kimlərə deyilir #səhabəyə dua forması #İslamda salavat və tərraddî #Ömər bin Əbdüləziz və cümə xütbələri #hadis oxuma qaydaları #səhabə adlarından sonra dua #İmam Nəvəvi radıyallahu anh #Rebî bin Süleyman və İmam Şafii #Xətib əl-Bağdadi və tərraddî istifadəsi #Quran ayələrində Allahın razılığı #salavat və dua qaydaları #səhabədən sonra alimlərə dua #İslam ədəbiyyatında dua formaları #hədis məclisi ədəbi qaydaları #İslam tarixində söyüş yasağı #radıyallahu anhüm və radıyallahu anhuma fərqi #hadis yazılışında dua istifadəsi #hadis üsulu və tərraddî #radıyallahu anh ifadəsinin mənası

Mövzu üzrə digər xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Xəlifə Əbu Bəkrin gizli dövlət strategiyası
Bioqrafiya: Tanınmış simalar

Xəlifə Əbu Bəkrin gizli dövlət strategiyası

7 İyun 16:00
Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu
Səhabə həyatı

Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

31 May 18:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.