13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qazaxıstan
Qazaxıstan

Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq?

22 aprel 2026-cı il tarixində Astanada keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində “Mərkəzi Asiyada biomüxtəlifliyin qorunması üzrə regional əməkdaşlıq: qlobal öhdəliklərdən birgə fəaliyyətə” mövzusunda panel sessiyası baş tutub.

23 Aprel 2026 12:34
Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq?

BAKI,VOA, Orxan Qədirzadə

22 aprel 2026-cı il tarixində Astanada keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində “Mərkəzi Asiyada biomüxtəlifliyin qorunması üzrə regional əməkdaşlıq: qlobal öhdəliklərdən birgə fəaliyyətə” mövzusunda panel sessiyası baş tutub.

VOA xəbər verir ki, açılış nitqi ilə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər naziri Erlan Nısanbayev, Özbəkistanın Milli Ekologiya və İqlim Dəyişikliyi Komitəsinin sədri Əziz Abduhakimov, Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət naziri Akıl Toktobayev, Tacikistanın Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Şəralizodə və Türkmənistanın Ətraf Mühitin Mühafizəsi naziri Ovezgeldi Qoşcanov çıxış ediblər.

Xüsusi qonaq qismində BMT-nin Baş katibinin müavinləri: UNEP-in icraçı direktoru İnger Andersen və UNDP İnkişaf Proqramının inzibatçı müavini Haolyan Şu yer alıb.

Panel çərçivəsində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın ekologiya nazirlikləri və dövlət komitələrinin rəhbərləri Mərkəzi Asiyada biomüxtəlifliyin qorunması və dayanıqlı idarə olunması sahəsində əməkdaşlığa dair tarixi Regional Bəyannamə imzaladılar.

Paneldə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova təbiətin mühafizəsində türk xalqlarının əsrlər boyu formalaşmış ortaq mədəni irsinin və ənənəvi biliklərinin strateji əhəmiyyətini vurğulayıb. Fondun prezidenti ekoloji təşəbbüslərin qısamüddətli layihələrdən daha sistemli və bütün cəmiyyəti əhatə edən bir formata keçməsinin zəruriliyini bildirib.

Tədbirdə beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri, o cümlədən BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının (CBD) İcraçı katibi xanım Astrid Şomaker, Nəsli kəsilməkdə olan növlərin beynəlxalq ticarəti haqqında Konvensiyanın (CITES) Baş katibi İvonn İgero, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Oliver Avramoski, Yaşıl İqlim Fondunun Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq departamentinin iqlim investisiyaları üzrə baş koordinatoru Eldana Cumaliyeva və BMT-nin İnkişaf Proqramının Özbəkistandakı daimi nümayəndəsi Akiko Fudzi iştirak edərək, regionda nadir növlərin miqrasiya dəhlizlərinin qorunması və biomüxtəlifliyin mühafizəsi məsələlərini müzakirə ediblər.

Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq? Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq? Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq? Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq? Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq? Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq? Astanada Regional Ekoloji Sammiti - Türk dünyası təbiəti necə qoruyacaq?
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Regional Ekoloji Sammit #biomüxtəliflik #BMT proqramları #Astanada Regional Ekoloji Sammit 2026 nəticələri #Mərkəzi Asiya biomüxtəliflik əməkdaşlığı #Türk Mədəniyyəti Fondu ekoloji çıxış #Aktotı Raimkulova bəyanatı təbiət qorunması #BMT və region ölkələri ekoloji layihələr

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01
Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev
Qazaxıstan

Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

28 Avqust 16:03

Son Xəbərlər

İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.