4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Livan
Livan

Livan rəhbərliyi cənubdakı İsrail hücumlarını müzakirə edib

Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salam ölkənin cənubundakı vəziyyəti müzakirə ediblər. Görüşdə İsrailin davam edən hücumları və yaşayış evləri ilə infrastrukturun dağıdılması məsələləri gündəmə gəlib. Liderlər qarşıdakı hökumət iclasının gündəliyini də müzakirə ediblər. Bundan başqa, ABŞ generalı Jozef Klirfildlə aparılan görüşlər barədə fikir mübadiləsi aparılıb. Livanın cənubunda atəşkəs razılaşmasına baxmayaraq, hücumların davam etdiyi bildirilir.

13 Avqust 2026 18:19
Livan rəhbərliyi cənubdakı İsrail hücumlarını müzakirə edib

BAKI,VOA,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salam ölkənin cənubunda davam edən İsrail hücumları fonunda bölgədəki vəziyyəti müzakirə ediblər.

VOA xəbər verir ki, Livan Prezident Administrasiyasının X hesabında yayılan məlumata görə, Aun Salamı qəbul edib və görüşdə İsrailin hücumları, eləcə də bölgədəki kənd və şəhərlərdə evlərin və infrastrukturun dağıdılması məsələləri müzakirə olunub.

Görüş zamanı qarşıdakı Nazirlər Kabinetinin iclasının gündəliyi də nəzərdən keçirilib.

İki lider, həmçinin Livan üzrə Hərbi Koordinasiya Qrupunun rəhbəri, ABŞ generalı Jozef Klirfildlə çərşənbə günü Beyrutda keçirilmiş görüşlər barədə fikir mübadiləsi aparıblar.

Hərbi Koordinasiya Qrupu Livanla bağlı ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş çərçivə razılaşması əsasında yaradılmış üçtərəfli koordinasiya mexanizmidir.

Məlumata görə, görüş Livanın cənubunda İsrail hücumlarının davam etdiyi bir vaxtda keçirilib. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan çərçivə razılaşması tərəflər arasında atəşkəsi nəzərdə tutsa da, bölgədə hücumların davam etdiyi bildirilir.

Məqalədə: #İsrail #ABŞ #Livan #Yaxın Şərq #Cozef Aun #Nəvaf Salam #Jozef Aun #Cənubi Livan

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

21:32

Son Xəbərlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.