Bakı. AzerVoice:
İstanbulda kilsəyə silahlı hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında bildirib.
"İstanbulun Sarıyer rayonunda “Santa Mariya” kilsəsində ibadət zamanı vətəndaşımız Tuncer Cihanın ölümünə səbəb olan iki şübhəli tutuldu”, - deyə o qeyd edib.