11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə qlobal səviyyədə böhranların həllində mühüm rol oynayır

31 Yanvar 2024 13:38
Türkiyə qlobal səviyyədə böhranların həllində mühüm rol oynayır

Bakı. AzerVoice:

Türkiyə, regional və qlobal səviyyədə oyun qurucusu olan, ona qarşı yaradılmağa çalışılan oyunları pozan, problemlərin və böhranların həllində fəal rol oynayan bir ölkədir.

AzerVoice-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

"Türkiyə ilə Avstriya arasında siyasi əlaqələr qarşılıqlı yüksək səviyyəli səfərlər və strateji görüşlər vasitəsilə möhkəmlənib və bu əlaqələrin güclənməsi iki ölkənin qlobal miqyasda birgə fəaliyyət göstərməsinə, eyni zamanda bir çox məsələlərdə ortaq mövqe tutmasına təkan verib. Ölkələr arasındakı iqtisadi əlaqələrə gəldikdə isə ümumi ticarət həcmi, təxminən, 4 milyard dollara çatıb. Cənab Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü vizyon çərçivəsində bu ticarət həcminin qısa müddət ərzində 5 milyard dolları keçəcəyini gözləyirik. Mədəniyyət, incəsənət və turizm sahələrində də əlaqələrimiz əhəmiyyətli bir inkişaf nümayiş etdirir",- deyə Altun bildirib.

Altun qeyd edib ki, Türkiyənin 7 oktyabrdan etibarən dünya gündəmini zəbt edən Qəzza böhranı kontekstində sülh yolu ilə həll yolları axtarması və BMT parametrləri çərçivəsində iki dövlətli həlli dəstəkləyən yanaşması mühüm addımlardır. Bugünkü Türkiyə təkcə öz sərhədləri daxilində deyil, regional və qlobal səviyyədə oyun qurucusu olan, ona qarşı yaradılmağa çalışılan oyunları pozan, problemlərin və böhranların həllində fəal rol oynayan bir ölkədir.

"Türkiyə-Avstriya əlaqələrinin gələcəkdə də möhkəmlənəcəyinə tam inanırıq. Türkiyə sülhün, sabitliyin və əməkdaşlığın güclü tərəfdarı olaraq yoluna davam edəcək və atdığı hər addımla həm ölkəmiz, həm də dünya üçün daha yaxşı bir gələcəyin qurulmasına töhfə verəcək. Ümid edirəm ki, 100 il davam edən dostluğumuz və əməkdaşlığımız gələcəkdə daha da artacaq”,- deyə o əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Məqalədə: #Türkiyə #Fəxrəddin Altun

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.