Bakı. AzerVoice:
İsrail İordan çayının qərb sahilində yeddi minə yaxın fələstinlini həbs edib.
AzerVoice-nin məlumatına görə, bu barədə Fələstin Məhbuslar Cəmiyyəti (PPS) bəyanat yayımlayıb.
Bəyanatda qeyd edilib ki, 7 oktyabr 2023-cü il tarixindən etibarən İordan çayının qərb sahilindən olan vətəndaşlar arasında məhbus olan fələstinlilərin sayı 6 min 920-dən çox olub.
“İsrail ordusu, fanatik yəhidilərin fələstinlilərə qarşı zorakılıq aktlarına göz yumur və bir çox hallarda bu vandalizm və zorakılıq aktları polisin və ordu mənsublarının müşayəti ilə olur”-deyə bəyanatda bildirilir.
Məlumat üçün qeyd edək ki, 7 oktyabr 2023-cü il hadisələrindən sonra İordan çayının qərb sahilində fələstinlilərə qarşı şiddət daha da artıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.
Hafiz Rufizoğlu