Bakı AzerVoice:
Demokratiyamıza, birlik və həmrəyliyimizə yönəlmiş heç bir hücum öz məqsədinə çatmayacaq.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsində paylaşıb.
“AK Partiyanın Küçükçekmece Bələdiyyə Başçı Namizədi Aziz Yeniayın seçki kampaniyası zamanı həyata keçirilən silahlı hücumu qınayır, ağır yaralanan vətəndaşımıza şəfa diləyirəm” – deyə Ərdoğan deyib.
Xatırladaq ki, bu gün Küçükçekmece bələdiyyə namizədi Aziz Yeniayın seçim kampaniyasında silahlı hücum baş verib və bir nəfər yaralanıb.
Təsnim Rufizqızı