9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 31-də Talassemiya Mərkəzində olublar.

31 Oktyabr 2024 22:11
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 31-də Talassemiya Mərkəzində olublar.

AzerVoice xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezidentə və ailə üzvlərinə Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Mehriban Əliyeva tibb müəssisəsindəki transplantologiya şöbəsində, yeni açılan reanimasiya şöbəsində və böyüklər üçün stasionar şöbədə olub, burada müalicə alan uşaqlarla, tibb işçiləri ilə söhbət edib, müalicə prosesinin gedişi ilə maraqlanıb.

Birinci vitse-prezidentə məlumat verildi ki, Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynamaqla yanaşı, həm də xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstəkdir.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun Mərkəzin fəaliyyətinə və ümumiyyətlə, səhiyyəyə daim önəm verdiyini bildirib.

Qeyd edək ki, tibb müəssisəsində görülən işlər, aparılan islahatlar, burada müalicə alan xəstələrin səhhəti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılır. Fondun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzində xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün görülən tədbirlər talassemiya xəstəliyinin profilaktikasında əhəmiyyətli rol oynayır.

Xatırladaq ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsinə və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Məqalədə: #Mehriban Əliyeva

Mövzu üzrə digər xəbərlər

Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.