11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Knessetdə ərəb deputatların sayı azala bilər

Hüquq müdafiəçiləri İsrailin Knessetdə (Parlamentdə) ərəb nümayəndələrini azaltmaq və onların siyasətə təsirini zəiflətmək məqsədi daşıyan qanunlar qəbul edilməsi üçün atılan addımları tənqid ediblər və bunun təhlükəli bir addım olduğunu bildiriblər.

28 Noyabr 2024 21:06
Knessetdə ərəb deputatların sayı azala bilər

Bakı. AzerVoice

Hüquq müdafiəçiləri İsrailin Knessetdə (Parlamentdə) ərəb nümayəndələrini azaltmaq və onların siyasətə təsirini zəiflətmək məqsədi daşıyan qanunlar qəbul edilməsi üçün atılan addımları tənqid ediblər və bunun təhlükəli bir addım olduğunu bildiriblər.

Bu barədə AzerVoice Arab.AZ-a istinadən xəbər verir.

Onlardan bəziləri bu qanunların “rəsmi şəkildə İsraili aparteid dövlətinə çevirdiyini” söylədi.

Mənbələr bildiriblər ki, Knessetdə ərəblərin faizi hazırda aşağıdır, çünki onlar “əhalinin təxminən 20 faizini təşkil edir, lakin onlar cəmi on nümayəndə ilə təmsil olunurlar, yəni 10 faizdən azdırlar və bu azmış kimi hökumət onları azaltmağa çalışır.

Knessetin qış sessiyasının başlaması ilə hökumət ərəblərin seçkilərdə rəqabətini çətinləşdirəcək qanuna dəyişiklik etmək üçün fəal şəkildə irəliləməyə başlayıb.

Qanun layihəsi hakim koalisiyanın rəhbəri Ofir Katz tərəfindən irəli sürülüb.

Ən son qanun layihəsi hər hansı dövlətin və ya “terrorçu” təşkilatın İsrail Dövlətinə və ya İsrail vətəndaşlarına qarşı “silahlı mübarizəsini” açıq və sistemli şəkildə dəstəkləyən hər kəsin namizədliyini qadağan edir, yeni qanun layihələri isə namizədliyin qadağan edilməsinin əhatə dairəsini genişləndirir. Dolayısıyla Fələstini dəstəkləyən istənilən ərəb terrorçudur və namizədliyi irəli sürülə bilməz.

Qanun layihəsinə görə, namizədin “terrorçuluğa” dəstək verdiyini ifadə edən bir fakt onun namizədliyinin ləğvi üçün kifayətdir.

Maraqlısı isə odur ki, qanun layihəsi Bension Gopstein və Baruch Marzel kimi ifrat sağçı yəhudilərin keçmişdə irqçiliyə təhrik səbəbilə Knessetdə namizədliyini irəli sürmələri qadağan olunsa da, hal-hazırda onların namizədliyinə mane olmur.

Qanun layihəsində İsrail vətəndaşlarına qarşı silahlı mübarizəyə dəstək verən namizədin diskvalifikasiya edilməsi, eyni zamanda fələstinlilərə qarşı terror əməliyyatları həyata keçirmiş ifrat sağçı fəalların namizədliyinə icazə verilməsi nəzərdə tutulur, çünki bu, diskvalifikasiya üçün bəhanə deyil.

Məqalədə: #İsrail #Knesset

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.