12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan XİN Suriyada vətəndaşlarımızla bağlı vəziyyəti şərh edib

Suriyadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşları barədə Xarici İşlər Nazirliyinə hər hansı bir məlumat daxil olmayıb.

8 Dekabr 2024 13:09
Azərbaycan XİN Suriyada vətəndaşlarımızla bağlı vəziyyəti şərh edib

Bakı. AzerVoice:

Suriyadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşları barədə Xarici İşlər Nazirliyinə hər hansı bir məlumat daxil olmayıb.

Bunu AzerVoice-ə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Vətəndaşlarımız barədə XİN-ə hər hansı bir məlumat daxil olmayıb”, - deyə, o bildirib.

Qeyd edək ki, Azəebaycanın Suriyada səfirliyi yoxdur.

Xatırladaq ki, bu gün sübh çağı, “Heyat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani döyüşçülərini dövlət qurumlarına yaxınlaşmamağa çağıraraq, qurumların“rəsmi olaraq keçmiş baş nazirin nəzarəti altında qalacaqlarını” vurğulayıb.

“Dəməşq şəhərindəki bütün hərbi qüvvələrə ciddi şəkildə keçmiş baş nazirin nəzarətində qalacaq dövlət qurumlarına yaxınlaşmaq qadağandır.Rəsmi olaraq təhvil verilənə qədər, havaya güllə atmaq da qadağandır”-deyə o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi. Bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb.

Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk edib.
Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Bir neçə saat əvvəl Suriya fraksiyaları bazar günü səhər tezdən bir günlük döyüşlərdən sonra mühüm Hums şəhəri üzərində tam nəzarət etdiklərini elan edərək, Əsədin 24 il davam edən hakimiyyətini təhdid etdilər.

Məqalədə: #Azərbaycan XİN #Suriya

Mövzu üzrə digər xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
İslam və Tarix

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları

11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
Ərəb turizmi

BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır

10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt

Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır

10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
Avto İcmal və Testlər

701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı

10:11

Son Xəbərlər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
11:23
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.