13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

ABŞ-nin hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qınayırıq - Qərbi Azərbaycan İcması

ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı ABŞ-nin mümkün addımlarına dair Azərbaycan kütləvi informasiya vasitələrinin sualına cavab verməyib və sadəcə bu ölkənin işğaldan azad edilmiş Azərbaycan ərazilərində hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib.

17 Dekabr 2024 04:56
ABŞ-nin hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qınayırıq - Qərbi Azərbaycan İcması

Bakı. AzerVoice

ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı ABŞ-nin mümkün addımlarına dair Azərbaycan kütləvi informasiya vasitələrinin sualına cavab verməyib və sadəcə bu ölkənin işğaldan azad edilmiş Azərbaycan ərazilərində hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib.

AzerVoice xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

"Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədən kütləvi informasiya vasitələrinin sualını “aldadıcı” kimi dəyərləndirməklə ABŞ-nin hər zaman vurğuladığı “söz azadlığı”, “fikir müxtəlifliyi” prinsiplərinə əslində necə “hörmət” bəslədiyini nümayiş etdirib.

Qərbi Azərbaycan İcması olaraq, ABŞ-nin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəni irsinin Ermənistan tərəfindən dağıdılmasını görməzdən gəlməsini təəssüf hissi ilə qeyd edirik.

Qayıdış hüququmuzun dəstəklənməsi xahişi ilə hələ ötən ilin aprel ayında ABŞ dövlət katibi Entoni Blinkenə göndərdiyimiz məktuba bu günədək cavab verilməyib.

Halbuki ötən dövr ərzində ABŞ hökuməti “insan hüquqları” adı altında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirib. Hamıya məlumdur ki, ABŞ-nin hazırkı administrasiyası “insan hüquqları” və “mədəni irs” mövzularını yalnız Azərbaycana qarşı saxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır.

ABŞ-nin hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qətiyyətlə qınayır və qərəzli siyasətinə heç olmasa səlahiyyət müddətinin bitməsinə az qalmış son verməyə, o cümlədən, dövlət katibi Entoni Blinkeni göndərdiyimiz məktuba cavab verməyə çağırırıq.

Bundan əlavə, biz regional məsələlərə dair müxtəlif birtərəfli dinləmələr təşkil edən ABŞ Senatı, Konqresin Tom Lantos adına İnsan Hüquqları Komissiyası, Dini Azadlıq Komissiyası kimi qurumlarının növbəti dinləmələrində Qərbi Azərbaycan İcmasının da iştirakının təmin ediləcəyinə dair gözləntimizi ifadə edirik", - icmadan bildirilib.

Məqalədə: #Qərbi Azərbaycan İcması

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

19:51

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.