9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Misir-İsrail hərbi gərginliyi: daxili auditoriyanı sakitləşdirmək üçün ritorika?

Misir və İsrail arasındakı bu söz müharibəsi əsasən daxili auditoriyalara yönəlmiş siyasi ritorikadır və real hərbi qarşıdurma ehtimalı aşağıdır.

12 Mart 2025 22:00
Misir-İsrail hərbi gərginliyi: daxili auditoriyanı sakitləşdirmək üçün ritorika?

BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi

Misir, İsrailin ordusunun gücü ilə bağlı davamlı açıqlamalarına qarşı əvvəlki ehtiyatlı mövqeyindən geri çəkilərək, İsrailin Qəzzənin cənubunda – Misirə yaxın bölgədə hərbi qüvvələrini gücləndirməsinin məqsədləri ilə bağlı suallar irəli sürüb. Müşahidəçilər hesab edirlər ki, bu qarşılıqlı açıqlamalar əsasən daxili auditoriyaya yönəlmiş ritorikadır və real siyasi və ya hərbi eskalasiyaya gətirib çıxarmayacaq.

Misir və İsrail arasındakı sülh prosesi onların münasibətlərini dəqiq çərçivəyə salıb və bu çərçivəni indiyə qədər heç bir tərəf aşmayıb. Buna görə də hər iki ölkə arasında baş verən söz savaşları daha çox daxili siyasi məqsədlərə xidmət edir. İsrailin sağçı hökuməti, xüsusilə də əsirlərin azad edilməsi ilə bağlı artan təzyiqlər fonunda güc nümayiş etdirmək istəyir.

Misirin mesajları və hərbi mövqeyi

Misir tərəfi isə İsrail və beynəlxalq cəmiyyət üçün vazkeçilməz olduğunu vurğulayır. Onların ABŞ-ın keçmiş prezidenti Donald Trampın fələstinlilərin Qəzzədən Misirə köçürülməsi planına qarşı sərt mövqe tutması bu iddianı gücləndirir. Qahirə, İsrailin tənqidlərinə susqun qalmayacağını nümayiş etdirmək üçün bəzi hərbi hərəkətliliklər həyata keçirib.

Misirin Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Rəşvan bildirib ki, Misirin cənub, qərb və şərq sərhədləri gərginlik içindədir və buna görə də ölkənin müdafiə üçün hazır olması təbiidir. O, İsrailin son illərdə artan hərbi hərəkətlərinə diqqət çəkərək, "İndi sualı biz verməliyik: İsrailin bu qədər hərbi yığmasının səbəbi nədir?" – deyə soruşub.

O, İsrailin baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışını xatırladıb və İsrailin bölgədə hər yerə çata biləcəyi mesajının aqressiv niyyətlər daşıdığını vurğulayıb. Misirin isə 1973-cü ildən sonra heç bir qonşusu ilə, o cümlədən İsraillə müharibəyə girmədiyini qeyd edib.

İsrailin mövqeyi və təhlükəsizlik narahatlıqları

Siyasi müşahidəçilərə görə, İsrailin Misirə qarşı bu tənqidlərinin əsas səbəbi Trampın fələstinlilərin köçürülməsi planıdır. İsrail Misiri bu plana daha açıq dəstək verməyə təşviq etmək üçün onu hərbi təhdid kimi təqdim etməyə çalışır.

Misir isə öz növbəsində bu ritorikaya sərt cavablar verməklə daxili sabitliyini və Prezident Əbdülfəttah Sisinin nüfuzunu gücləndirmək istəyir. Qahirənin əsas məqsədi, İsrailin Misiri təhlükə mənbəyi kimi göstərməsinə qarşı çıxmaq və sülh sazişlərinin yerinə yetirilməsinə sadiqliyini nümayiş etdirməkdir.

Bununla belə, İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Misirin sülh müqaviləsini pozmasına imkan verməyəcək. O, İsrailin sülh razılaşmasına tam sadiq qaldığını vurğulayıb və Misirin də bu çərçivədən kənara çıxmadığını qeyd edib.

Ekspertlər hesab edirlər ki, Misir və İsrail arasında hərbi eskalasiya real deyil və hazırkı ritorik savaş əsasən daxili siyasətə hesablanıb. Misir, İsrailin tənqidlərinə sərt reaksiya verməklə həm özünün strateji əhəmiyyətini xatırlatmaq, həm də regional balansı qorumaq istəyir. İsrail isə Misiri hərbi güc nümayiş etdirməkdə günahlandıraraq, onu ABŞ-ın fələstinlilərlə bağlı planına daha açıq dəstək verməyə təşviq etməyə çalışır.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Misir #Qəzza böhranı və ərəb mövqeyi #Donald Tramp və Qəzza planı #Donald Tramp Qəzzə planı

Mövzu üzrə digər xəbərlər

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.