15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyənin İxracatında Ən Böyük Artım BƏƏ-yə Olub

19 Mart 2025 15:00
Türkiyənin İxracatında Ən Böyük Artım BƏƏ-yə Olub

BAKI,AzerVoice

Türkiyənin fevral ayında ixracatının dəyər baxımından ən çox artdığı ölkə 268,8 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.

AzerVoice xəbər verir ki, son dövrlərdə Türkiyə və BƏƏ arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşması və iqtisadi əməkdaşlıq çərçivəsində atılan addımlar, Türkiyənin bu ölkəyə ixrac rəqəmlərinə də müsbət təsir edib.

Bundan əlavə, Türkiyənin keçən ay BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən IDEX 2025 Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak etməsi və Türk müdafiə sənayesi şirkətlərinin strateji razılaşmalara imza atması, iki ölkə arasındakı diplomatik və ticari əlaqələrə mühüm töhfə verib.

Türkiyə İxracatçılar Məclisi (TİM) məlumatlarına görə, Türkiyənin fevral ayında dəyər baxımından ixracatını ən çox artırdığı ölkələr siyahısında BƏƏ lider mövqedədir.

İxrac artımı baxımından BƏƏ-ni aşağıdakı ölkələr izləyib:

Ürdün – 91,9 milyon dollar
Yunanıstan – 73,2 milyon dollar
İspaniya – 69 milyon dollar
Slovakiya – 56,5 milyon dollar

Türkiyə fevral ayında Ürdünə 157,5 milyon dollarlıq, Yunanıstana 273,5 milyon dollarlıq, İspaniyaya 770,4 milyon dollarlıq və Slovakiyaya 121,7 milyon dollarlıq ixrac həyata keçirib.

Məqalədə: #Türkiyə #BƏƏ #Türkiyə ixracat statistikası #Türkiyə İxracatçılar Məclisi (TİM) #IDEX 2025 Beynəlxalq Müdafiə Sərgi və Konfransı

Mövzu üzrə digər xəbərlər

Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Maraqlı faktlar

Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı

15:00
Bu saata olan əsas xəbər başlıqları
Redaktorun seçimi

Bu saata olan əsas xəbər başlıqları

13:00
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

10:50
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Siyasət

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür

09:02

Son Xəbərlər

Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
15:27
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
15:18
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
15:08
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
15:00
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
14:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.