8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Şiə Müqavimətində Nəsrullah Boşluğu və Xamenei Acizliyi

Məqalə, Həsən Nəsrullahın ölümündən sonra İranın və onun regional müttəfiqlərinin qarşılaşdığı liderlik boşluğuna və Xameneinin ABŞ və İsrailə qarşı çıxışlarının, müttəfiqləri arasında yaratdığı narazılığa diqqət çəkir.

21 Mart 2025 18:00
Şiə Müqavimətində Nəsrullah Boşluğu və Xamenei Acizliyi

BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi

İranın ahıl yaşlı Ali Rəhbəri Ayətullah Əli Xamenei, ölkəsinin regional müttəfiqlərinə qarşı edilən hücumlara münasibətini bildirmək üçün hər fürsətdə çıxış etməyə davam edir. Bu rolu əvvəllər Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullah yerinə yetirirdi, amma onun qətlə yetirilməsi İran üçün ciddi bir problemə çevrildi, çünki Tehran müttəfiqlərinin yerini dolduracaq və Xameneinin mesajlarını onlara çatdıracaq bir şəxsiyyət tapa bilmədi. Bu, Xameneinin mütəmadi olaraq çıxışlar etməsini tələb edir ki, bu da onun ümumi nüfuzunu azaldır.

Yeni il münasibətilə özünün rəsmi saytında yayımlanan bir video mesajında, Xamenei "Yəmən xalqına və yəmənlilərə qarşı edilən hücumun, mütləq qarşı durulması lazım olan bir cinayət olduğunu" bildirib. Bir neçə gün əvvəl isə, Xameneyi, İsrailin Qəzza zolağında apardığı hava hücumlarını "fəlakətli cinayət" adlandırmış və ABŞ-ı bu əməliyyatlara görə ittiham edib.

Amerikanın Yəməndəki Husilərə qarşı təzyiqi, Xameneinin müttəfiqlərinə dəstək verməkdə çətinlik çəkməsi ilə əlaqədar daha da çətinləşir. İran yalnız ümumi bəyanatlar verərək ABŞ və İsraili cinayətlərdə ittiham etsə də, bu müttəfiqlər daha konkret, praktiki addımların atılmasını gözləyirlər. Onlar, İranın onlara dəstək verməsini və bu çətin dövrdə konkret addımlar atmasını istəyirlər. İslam dünyasına nifrəti qərbə isə “strateji səbri” ilə tanınan İran isə yenə də susur.Əslində başqa çarəsi də yoxdur.

Həsən Nəsrullah yaddaşlardan silinir

İranlılar, İsrail və ABŞ-ın artan təzyiqləri ilə, Həsən Nəsrullahın öz müttəfiqləri arasında yaratdığı obrazı itirdiklərini başa düşürlər. Praktik olaraq, indi İranın regiondakı təsir dairəsi “Lal ördək” vəziyyəti alıb.

Ahıl yaşlı Ayətullah Xameneinin, ABŞ Prezidenti Donald Trampın Husilərə qarşı təhdidlərinə cavabı gözlənilən təsiri yaratmadı. Onun soyuq və qısa bəyanatı, “dirəniş cəbhəsi”ndəki müttəfiqləri, xüsusilə Yəmən, Livan və Qəzza daxilində rahatlıq yaratmaqda müvəffəq olmadı. Bu, yalnız "çıxış xatirinə edilən bir çıxış" olaraq qəbul edilib. Dil maneəsi, Xameneyinin ərəb müttəfiqlərinə birbaşa təsir etməsinə mane olur.

Həsən Nəsrullahın çıxışları, həyəcanla izlənirdi, amma Xameneinin çıxışları, əvvəlki kimi diqqəti çəkmir. Həsən Nəsrullahın çıxışları, həm dostlar, həm də düşmənlər tərəfindən diqqətlə izlənərdi, amma Xameneinin çıxışları isə Nəsrullahın çıxısı ilə müqayisə belə olunmaz.

Daha da pisi, Xameneinin çıxışları, “dirəniş cəbhəsi”nin tərəfdarları arasında olan acizlik və boşluğu daha da hiss etdirir. Xameneinin və Nəsrullahın fərqi yalnız dil maneəsi ilə bağlı deyil; şəxsiyyət fərqi də var. Xameneinin çıxışları, ümumiyyətlə, daxili auditoriya üçün nəzərdə tutulur və həmin sözlər, itaət etmə və sual verməmək məcburiyyətini özündə ehtiva edir. Lakin Nəsrullah, həm öz liderliyini qorumağı bacarırdı, həm də tərəfdarlarını ruhlandırır, onları motivasiya edir və hər bir uğursuzluğu belə bir zəfərə çevirməyi bacarır. Bu, onu yalnız Hizbullahın deyil, həm də “dirəniş cəbhəsi”nin ruhani və siyasi rəhbərinə çevirirdi.

Nəsrullahın Ölümü İranda və Regionda Böyük Təsir Yaradıb: Yeni Liderlik Axtarışları

İranın liderlik boşluğunu dolduracaq heç bir şəxs yoxdur, nə İranda, nə də İranın müttəfiqləri arasında. Livanda, Hizbullahın liderliyinə Naim Qasiminin təyin olunması məsləni bir az da qıliz edir. Naim Qasim, təşkilat rəhbərliyini həyata keçirə bilər, amma dini və siyasi olaraq Nəsrullahın çəkisinə sahib deyil və bu, onun cəlbediciliyini azaldır. İran, Nəsrullahın fəaliyyətini təkrarlayacaq bir lider axtarır, amma bunu reallaşdırmaqda çətinlik çəkir.

Əbdülməlik Husi, Husi üsyanının lideri, Nəsrullahın çıxışları ilə yaratdığı cəlbedici atmosferi təmin edə biləcək bir şəxs deyil. O, fərqli bir mühitdən gəlir və Nəsrullahın müxtəlif tərəflərlə, xüsusən də fələstinlilər ilə əlaqə qurduğu kontekstdə, o qədər əlaqəyə malik deyil. Həmçinin, Nəsrullahın seçici olmayan, geniş auditoriyaya xitab edən və sektarizmi aşan nitqləri, Husi tərəfindən təkrarlanan eyni şüar və təhdidlərdən daha çox təsir edici idi.

Nəsrullahın yoxluğu, Xameneinin qarşısında təzyiqləri artırdı və İranın təsirini məhdudlaşdıran və ən vacib müttəfiqlərindən biri olan Husilər kimi bölgə oyunçularına qarşı çətinliklər yaratdı. Nəsrullahın səsi yox olduqca, İrana qarşı təzyiqlər və ABŞ-ın Trampın hökumətinin İran müttəfiqlərinə qarşı gücləndirilmiş təzyiqləri İrana və onun müttəfiqlərinə ciddi problem yaradıb.

ABŞ-ın Husilərə qarşı son hava hücumları 53 nəfərin ölümünə və 98 nəfərin yaralanmasına səbəb oldu, buna qarşılıq olaraq Husilər ABŞ-ın Hərbi Dəniz Qüvvələrini bir neçə dəfə hədəf alıblar.

Trampın Hücumları və İranın Cavabı: Yəməndəki Tərəflər Arasında Gərginlik Artır

ABŞ Prezidenti Donald Tramp, Çərşənbə günü Husilərə qarşı daha sərt addımlar atılacağını bildirərək, onları tamamilə məhv etməyi hədəflədiyini açıqlayıb. Tramp, həmçinin, İranı, gələcəkdə Husilər tərəfindən edilən hücumların məsuliyyətini daşımaqla hədələyərək, bunun ciddiyyətini vurğulayıb və ağır nəticələrin olacağını bildirib.

İran, ABŞ-ın Yəməndəki son hava hücumlarını qınayaraq, bu hücumları və eyni zamanda İsrailin Qəzzaya etdiyi ölümcül hava zərbələrini "hərbi cinayətlər" kimi qiymətləndirib. İranın Xarici İşlər Nazirliyi, bu hücumların beynəlxalq hüquqa və humanitar prinsiplərə zidd olduğunu açıqlayıb.

Məqalədə: #Yəmən #Hizbullah #Həsən Nəsrullah #Hizbullah tərəfdarlarının etirazı #İran və Hizbullah əlaqələri #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #Həsən Nəsrullah sui-qəsdi #İran və HƏMAS əlaqələri #İsrail-İran münaqişəsi #Nəsrullahın dəfni #Yəməndə Husiilər 2025 #Yəməndə daxili münaqişələr #Yəmən sülh danışıqları 2025 #İranın regional müttəfiqləri #ABŞ-ın Yəməndəki təzyiqləri #ABŞ-ın hərbi cinayətləri

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
19:51
Qətər Dünya Bankı ilə infrastruktur layihələrini müzakirə edib
Qətər Dünya Bankı ilə infrastruktur layihələrini müzakirə edib
19:45
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
19:34
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.