4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Sisi Əl-Əzhərdəki İxvan və Sələfiləri neytrallaşdırır

Misir prezidenti Əbdülfəttah əs-Sisi Əl-Əzhər institutu ilə münasibətləri yaxınlaşdıraraq İxvan və sələfi təsirlərini neytrallaşdırmaqla ölkədə milli birliyi möhkəmləndirməyə çalışır.

31 Mart 2025 09:00
Sisi Əl-Əzhərdəki İxvan və Sələfiləri neytrallaşdırır

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Əl-Əzhər şeyxi Əhməd ət-Tayyiblə münasibətləri yaxınlaşdırmaq üçün atdığı addımlar, onunla olan fikir ayrılığını yumşaltmaq və xarici təhdidlər fonunda Əl-Əzhər institutu ilə münasibətləri yenidən formalaşdırmaq niyyətində olduğunu göstərir. Məqsəd ölkə daxilində milli birliyi gücləndirmək və Əl-Əzhərin siyasətindən İxvan və sələfi cərəyanlarını uzaqlaşdırmaqdır.

Prezident Sisi şeyx Əhməd ət-Tayyibə telefon zəngi edərək, onun səhhəti ilə maraqlanıb. Qeyd edək ki, şeyx Tayyib bir neçə gün öncə keçirilən Qədr gecəsi tədbirində iştirak edə bilməmişdi. Prezident bu zəngdə Əl-Əzhərlə və onun rəhbərliyi ilə olan münasibətlərin xüsusi mahiyyət daşıdığını bildirib, şeyxə şəfa diləyərək, İslamın mülayim dəyərlərini yaymaq istiqamətindəki səylərini yüksək qiymətləndirib.

Prezidentin Əl-Əzhərə qarşı indiki üslubu əvvəlki dövrlərdəki tənqid dolu ritorikadan fərqlənir. Əvvəllər Sisi Əl-Əzhərin bəzi dini və ictimai məsələlərdə sərt mövqeyinə görə onu tənqid edirdi. Lakin bu dəfə o, “radikal düşüncə” və “ekstremizmə” qarşı mübarizədə əldə olunan uğurlardan danışaraq, institutla bağlı yeni bir yanaşma sərgilədi.

Bu addım, prezidentlik institutu ilə Əl-Əzhər rəhbərliyi arasında baş verən fikir ayrılıqları və onların dini təbliğatın yenilənməsi ilə bağlı fərqli mövqeləri ətrafında cəmiyyətdə yaranmış gərginliyi və qütbləşməni aradan qaldıra bilər.

Şeyx Əhməd ət-Tayyib də prezidentin bu mövqeyinə cavab olaraq bəyanat yayaraq, onun səhhəti ilə maraqlandığına görə təşəkkür edib. O, bu incə və qayğıkeş münasibətin dövlətlə dini institutlar arasında olan sıx əlaqənin göstəricisi olduğunu bildirib.

Misir hakimiyyəti üçün Əl-Əzhər dünyada istisna mövqeyə malikdir. O, İslamı doğru anlamaq üçün müsəlmanların istinad etdiyi beynəlxalq dini rəy mənbəyidir. Bu sözlər, Əl-Əzhərə və onun hazırkı rəhbərliyinə olan inamın yenidən bərpasına yönəlmiş bir mesaj kimi qiymətləndirilə bilər. Halbuki son illərdə şeyx Tayyibin sərt mövqeləri dolayısı ilə ona qarşı “Sisiyə çətinlik yaradır” şəklində ittihamlar səsləndirilirdi.

Ekspertlərin fikrincə, prezidentin bu yeni yanaşması həm Əl-Əzhər institutu, həm də şeyx Tayyibə olan inamın bərpasını ifadə edir. Bu, dövlətin qarşı-qarşıya olduğu daxili və xarici təhdidlər fonunda siyasi məqsədlərə xidmət edir. Əl-Əzhər asanlıqla ictimai rəyi yönləndirə bilən ən böyük dini institutdur.

Sabiq millət vəkili və dinlər üzrə araşdırmaçı Məhəmməd Əbu Hamid bildirib ki, hökumətlə Əl-Əzhər arasında münasibətlər heç vaxt açıq düşmənçilik həddinə çatmır. Bəzi məsələlərdə fikir ayrılıqları və fərqli baxışlar ola bilər, lakin çətin dövrlərdə bu fərqlər bir kənara qoyulur. Çünki radikal cərəyanlar bu cür fərqlilikləri öz siyasi məqsədləri üçün istifadə edə bilər.

Əbu Hamid “Əl-Ərəb” qəzetinə açıqlamasında bildirib ki, Əl-Əzhər çətin dövrlərdə etibar edilə bilən dini, mənəvi və siyasi qüvvə olduğunu sübut edib. Bu səbəbdən də rəsmi səviyyədə bəzi fiqh məsələlərindəki narazılıqları bir kənara qoymaq daha böyük problemlərin həllində müdrik addımdır. Əl-Əzhər həm beynəlxalq platformalarda, həm də ölkə daxilində geniş nüfuza malikdir və onun vətənpərvər mövqeləri çoxdur.

Sisi ilə Tayyib arasında əvvəlki fikir ayrılıqlarının aradan qaldırılması, hökumətin Əl-Əzhərin Fələstin məsələsində müsbət mövqeyini və rejimə hakimiyyətə dəstəyi qiymətləndirmə cəhdi kimi də başa düşülə bilər. Əl-Əzhərin, Qəzzə sakinlərinin Misirin Sina bölgəsinə köçürülməsinə qarşı çıxması, dövlətin rəsmi mövqeyi ilə uyğunlaşır və Əl-Əzhər bu məsələdə öz nüfuzunu hökumətin xeyrinə səfərbər edib.

Bəzi analitiklər bu yaxınlaşmanı dövlətin Qəzza sərhədində vəziyyətin nəzarətdən çıxması ehtimalına qarşı ehtiyat tədbiri kimi izah edir. Belə vəziyyətdə hökumət Əl-Əzhərin dəstəyinə daha çox ehtiyac duyacaq və bu səbəbdən tərəflər arasındakı uyğunluq əvvəlcədən göstərilməlidir.

Misir prezidenti yaxşı bilir ki, hazırda ən önəmli məsələ xalqın dövlətə olan dəstəyinin davam etməsidir. Bu da hər bir fikir ayrılığı ilə bağlı daha rasional və siyasi cəhətdən müdrik yanaşmanı tələb edir. Bəzi məsələlər müvəqqəti olaraq təxirə salına və ya dondurula bilər, lakin bu, hökumətin Əl-Əzhərin bütün mövqelərindən razı olduğu anlamına gəlmir.

Yaxınlaşmanın məqsədlərindən və motivlərindən asılı olmayaraq, bu vəziyyət bir həqiqəti açıq şəkildə göstərir: hökumət artıq Əl-Əzhərin nüfuzunu azaltmaq və ya onun təsirini zəiflətmək planlarından əl çəkib. Çünki o, bu institutla toqquşmanın xalq arasında narazılıq yaradaraq siyasi təhlükə formalaşdıra biləcəyini anlayıb. Bu da onu, reallıqla barışaraq Əl-Əzhərlə uzlaşmağa məcbur edib.

Məqalədə: #Müsəlman Qardaşlar #İxvan-i Müslimin #Əbdülfəttah əs-Sisi və Əl-Əzhər münasibətləri #Misirdə İxvan və Sələfilərin neytrallaşdırılması #Əhməd ət-Tayyib və Misir hökuməti arasında münasibətlər #Əl-Əzhərin radikal cərəyanlara münasibəti #Misir prezidenti və dini institutlar arasında əməkdaşlıq #Əl-Əzhər institutunun ictimai nüfuzu #Misir İslam siyasəti #Əl-Əzhərin Fələstin mövqeyi #Əl-Əzhər və Qəzza böhranı #Əl-Əzhərin Sina bölgəsindəki mövqeyi #Misir siyasətində dini liderlərin rolu #İslamda mülayimlik və radikalizmə qarşı mübarizə #Misirdə milli birlik strategiyaları #Sisi və şeyx Əhməd ət-Tayyibin yaxınlaşması #Misirdə dövlət-din münasibətləri #Əl-Əzhər fiqh baxışları və dövlət siyasəti #Sisi Əl-Əzhərlə niyə münasibətləri yaxşılaşdırır? #Əhməd ət-Tayyib kimdir və niyə önəmlidir? #Əl-Əzhər nədir və Misirdə rolu nədir? #Misir İxvan və Sələfilərə qarşı hansı addımları atır? #Misirdə dini institutlarla dövlət necə əməkdaşlıq edir? #Əl-Əzhər niyə Qəzzə məsələsində əhəmiyyətlidir? #Əl-Əzhərin radikal ideologiyalara qarşı mövqeyi nədir? #Misirdə milli birlik necə qorunur? #Sisi və Əl-Əzhər arasında əvvəllər hansı fikir ayrılıqları olub? #Misir hökuməti niyə Əl-Əzhərlə toqquşmadan çəkinir?

Mövzu üzrə digər xəbərlər

İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı
Ölkələr və Paytaxtlar

İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı

23 Avqust 12:00
London və İstanbul arasında iki başlı idarəetmə - Müsəlman Qardaşların daxili qarşıdurması nə ilə nəticələnəcək?
VOA analitika: Geosiyasi təhlillər

London və İstanbul arasında iki başlı idarəetmə - Müsəlman Qardaşların daxili qarşıdurması nə ilə nəticələnəcək?

17 Avqust 10:14
Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünən türk əsilli dahi Məhəmməd Abduh - fikirləri hələ də aktual olan insan
Bioqrafiya: Tanınmış simalar

Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünən türk əsilli dahi Məhəmməd Abduh - fikirləri hələ də aktual olan insan

26 Aprel 12:01
İnsan Qardaşlığı Sənədi nədir onu kimlər və nə zaman imzaladı?
Nə, necə, niyə? Elmi ensiklopediya

İnsan Qardaşlığı Sənədi nədir onu kimlər və nə zaman imzaladı?

26 Aprel 09:18

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.