9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrailin “Şabak” təşkilatının keçmişi və bu günü: Güc, işgəncə və siyasi qarşıdurmalar

Beləliklə, İsrailin “Şabak” təhlükəsizlik xidməti təkcə ölkənin daxili təhlükəsizliyində deyil, həm də siyasi çəkişmələrdə və beynəlxalq mübahisələrdə əsas açar aktorlardan biri olaraq qalır.

5 Aprel 2025 09:00
İsrailin “Şabak” təşkilatının keçmişi və bu günü: Güc, işgəncə və siyasi qarşıdurmalar

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

1948-ci ildə İsrailin qurulmasından bu yana, Təhlükəsizlik Xidməti olan "Şabak"ın rəhbərliyində 14 general xidmət edib. Onların hamısı təhlükəsizlik sahəsində böyük təcrübəyə malik olublar. Baş nazir Benyamin Netanyahu tərəfindən Dəniz Qüvvələrinin sabiq komandanı general Eli Şarvitin “Şabak”ın yeni rəhbəri kimi təyin olunması, bu qurumun rəhbərlik tarixini yenidən gündəmə gətirib.

Əvvəllər bu qurum “Şin Bet” (Təhlükəsizlik Xidməti) adlanırdı, sonradan isə adı “Şabak” (Ümumi Təhlükəsizlik Xidməti) olaraq dəyişdirildi. Bu qurum ölkə daxilində təhlükəsizliyə cavabdehdir və zamanla fələstinlilərlə bağlı məsələlər də onun səlahiyyətlərinə daxil edilib. Rəhbəri hökumət tərəfindən təyin olunur və birbaşa baş nazirə tabe olur.

“Şabak” və onun zabitləri fələstinlilərə qarşı işgəncə üsullarını “məharətlə tətbiq edən” qurum kimi tanınır və insan haqlarını pozmaları ilə yadda qalıblar. Bununla belə, hazırda sağ olan keçmiş rəhbərləri sağçı hökumətə qarşı müxalif mövqedədirlər. Onlar Netanyahunun siyasətini tənqid edir, sülh prosesini rədd etdiyi və İsrail cəmiyyətində parçalanma yaratdığı üçün ölkənin milli təhlükəsizliyinə zərər vurduğunu bildirirlər.

İsrail hökuməti 21 mart tarixində “Şabak” rəhbəri Ronen Barı vəzifədən azad etmək qərarına gəlib. Bu qərar Netanyahunun təqdimatı əsasında verilib və səbəb olaraq “şəxsi və peşəkar etimadın itməsi” göstərilib. Bu etimadsızlığın hökumətin və baş nazirin işini effektiv yerinə yetirməsinə mane olduğu qeyd olunub.

Netanyahu ilə Ronen Bar arasında münasibətlər “Şabak”ın 4 martda yayımladığı daxili araşdırma hesabatından sonra daha da gərginləşib. Bu hesabat 7 oktyabrda HƏMAS tərəfindən həyata keçirilən hücumu araşdırırdı. Hücum Qəzza zolağında müharibənin başlanmasına səbəb olmuşdu. Hesabatda “Şabak”ın hücumun qarşısını ala bilmədiyi etiraf edilirdi.

Müxalifət və bir qeyri-hökumət təşkilatı bu qərara etiraz etdikdən sonra, İsrailin Ali Məhkəməsi 21 martda Barın vəzifədən azad edilməsini müvəqqəti olaraq dayandırıb. Məhkəmə məsələyə ən geci 8 aprelədək baxmalıdır.

Qanun “Şabak” rəhbərinin vəzifə müddətini müəyyən etmir. Buna görə də, bəzi rəhbərlər bir və ya üç il, digərləri isə daha uzun müddət xidmət ediblər. Məsələn, İbrahim Əxitov 1964-dən 1974-ə qədər 10 il, sonra isə 1974-dən 6 il müddətinə yenidən bu vəzifəyə gətirilib – ümumilikdə 16 il xidmət edib.

Cəmi iki rəhbər işdə uğursuzluğa görə vaxtından əvvəl istefa verib. Bunlardan biri 1980-1986-cı illərdə rəhbər olan İbrahim Şalom idi. Onun adı “300 işi” adlı qalmaqalla əlaqələndirilir – bu, fələstinli məhbusların istintaq zamanı öldürülməsi ilə bağlı idi. O dövrdə araşdırmalar ordu zabitlərinin üzərinə atılmış, lakin sonradan məlum olmuşdu ki, məhbusları edam edənlər “Şabak”ın müstəntiqləri olub.

İkinci rəhbər isə Karmi Gilon olub. O, 1994-cü ildə vəzifəyə gətirilib, lakin 1995-ci ildə baş nazir İsxaq Rabinin qətlə yetirilməsinin qarşısını ala bilmədiyinə görə istefa verib. Bu hadisədən sonra sağçı dairələr “Şabak”a mənfi münasibət bəsləməyə başlayıb və qurumun Rabinin qətli ilə əlaqəsi olduğu iddialarını irəli sürüblər.

Əksər “Şabak” rəhbərləri vəzifədən getdikdən sonra ictimai həyatdan uzaqlaşıblar və israillilər onların adlarını belə unutmuşdular. Lakin bir neçəsi siyasətə atılıb. Məsələn, 1996-2000-ci illərdə “Şabak”a rəhbərlik etmiş və eyni zamanda dəniz qüvvələrinin keçmiş komandanı olan Ami Ayalon, sonradan “Əmək Partiyası”ndan Knessetə (parlamentə) deputat seçilib.

Yakov Peri isə 1988-1995-ci illərdə quruma rəhbərlik edib və sonradan “Kadima” partiyası adından Ehud Olmertin hökumətində elm naziri olub. Avi Dixtər isə 2000-2005-ci illərdə “Şabak” rəhbəri olub və hazırda “Likud” partiyasından kənd təsərrüfatı naziri vəzifəsini icra edir.

Məqalədə: #Qəzza #HƏMAS #Qəzza böhranı və ərəb mövqeyi #BMT-nin Qəzza hesabatı #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #Şabak nədir #İsrailin Şabak təhlükəsizlik xidməti #Ronen Bar vəzifədən azad edildi #Benyamin Netanyahunun Şabak qərarı #Şabak rəhbərləri siyahısı #İsrail təhlükəsizlik xidmətləri tarixi #Şabak və fələstinlilərə işgəncə #İsrailin daxili təhlükəsizlik böhranı #Şabak hesabatı 7 oktyabr HƏMAS hücumu #Şabak rəhbərləri və siyasi iştirak #Ami Ayalon kimdir #Yakov Peri və Kadima partiyası #Avi Dixtər və Likud hökuməti #Şabakın daxili araşdırması #İsrailin Ali Məhkəməsi və Ronen Bar qərarı #Şabak nə iş görür İsraildə? #İsraildə Şabak rəhbəri niyə vəzifədən azad edildi? #Ronen Bar kimdir və niyə istefaya göndərildi? #7 oktyabr Həmas hücumunu Şabak niyə dayandıra bilmədi? #İsrailin təhlükəsizlik orqanlarında nə baş verir? #Şabak rəhbərləri hansı siyasi rollarda olub? #Şabak fələstinlilərə qarşı işgəncə edibmi? #İsraildə təhlükəsizlik xidmətlərinin tarixi necədir? #İsrailin daxili təhlükəsizliyinə kim nəzarət edir? #Netanyahu niyə Ronen Barı vəzifədən çıxardı?

Mövzu üzrə digər xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.