4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

COP29-a hazırlıq müzakirə edilib

3 May 2024 01:00
COP29-a hazırlıq müzakirə edilib

Bakı. AzerVoice:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.

Bu barədə AzerVoice-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, aparılan danışıqlar prosesi, habelə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın karbohidrogen resurslarla zəngin ölkə olmasına baxmayaraq, milli səviyyədə könüllü şəkildə alternativ enerjiyə keçid istiqamətini tutduğunu, hazırda isə COP29 çərçivəsində beynəlxalq səviyyədə bu səylərə öz töhfəsini nümayiş etdirmək əzmində olduğunu diqqətə çatdırıb.

Bu istiqamətdə artıq bir sıra vacib görüş və tədbirlərin həyata keçirildiyi, habelə müxtəlif tərəflərlə bu kimi təmasların, o cümlədən BMT ilə mövcud əməkdaşlığın davamlılığının təmin edilməsinin vacibliyi qeyd olunub.

COP29 çərçivəsində danışıqlar prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, müxtəlif tərəflərin fərqli yanaşmalarına baxmayaraq, konsensusun əldə edilməsinin əhəmiyyətinin hər kəs üçün aydın olmasının müsbət göstərici olduğunu diqqətə çatdırıb.

İqlim dəyişikliyi məsələsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyi görüş zamanı vurğulanıb.

Xüsusi müşavir Selvin Hart Azərbaycanın hazırlıq prosesi üçün vaxt azlığı və sədrlik prioritetinin kompleks olmasına baxmayaraq, prosesin qısa müddət ərzində olduqca yaxşı təşkil olunmasının, habelə digər sədrliklərlə əlaqələndirilmənin təmini üçün "Üçlük" ("Troika") formatının təsis edilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. COP29-un başlama tarixinin ölkələr üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) müəyyən olunacağı dövrə təsadüf etdiyi, bu baxımdan COP29-un yaxşı fürsət ola biləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

COP29-a hazırlıq müzakirə edilib COP29-a hazırlıq müzakirə edilib
Məqalədə: #Ceyhun Bayramov #XİN

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət

Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

27 Avqust 13:40
Azərbaycan Əfqanıstanı təbrik edib
Siyasət

Azərbaycan Əfqanıstanı təbrik edib

19 Avqust 10:35

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.