5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

29 May 2024 16:09
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

Bakı,AzerVoice:

27 may 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bakıda Nizami Kino Mərkəzində 28 May Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Qarabağın cizgiləri” adlı sərginin açılışı və “Şuşanın tək incisi” adlı sənədli filmin təqdimatı keçirilib.

AzerVoice xəbər verir ki, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilovanın hazırladığı, üzərində Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi ipək yaylıqlardan ibarət sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin, gecədə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” adlı sənədli film nümayiş olunub. Film layihəsi Fond tərəfindən Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunması və Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar 2023-cü ildə hazırlanıb, dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Filmin ideya müəllifi, Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyeva, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təşkilat tərəfindən Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş layihələrin əhəmiyyətini qeyd edib. O, sözügedən layihələrin həyata keçirilməsinin Azərbaycanın tarixinin, mədəni irsinin qorunub saxlanılmasına, milli dəyərlərinin təbliğinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, millətvəkilləri, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri, eləcə də Bakıdakı müxtəlif təhsil ocaqlarının tələbələri iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.