9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə telefonla danışıb

4 İyun 2024 19:38
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə telefonla danışıb

Bakı. AzerVoice:

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparılıb.

XİN-dən AzerVoice-ə bildirilib ki, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Bununla yanaşı, bölgəmizdə post-münaqişə dövründə köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması və yenidənqurma işlərində əsas təhdidlərdən biri olan ərazilərin minalanması problemi ilə mübarizə istiqamətində BƏƏ tərəfindən ANAMA-ya bu yaxınlarda 5 milyon ABŞ dollarında yardım göstərilməsininin vacibliyi vurğulanıb və buna görə qarşı tərəfə təşəkkür edilib. Göstərilən yardımın həmrəylik göstəricisi olduğu vurğulanıb.

Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun tarixində Neftçala və Biləsuvar elektrik stansiyasının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının, eləcə də SOCAR və BƏƏ-nin Masdar şirkəti arasında imzalanan üç bərpa olunan enerji layihələri üzrə Səhmdarlar Sazişinin iki ölkə arasında sərmayə sahəsində əməkdaşlığının genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri, ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tərəflər qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırıb, ən səmimi arzu və diləklərini bildiriblər.

Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə telefonla danışıb
Məqalədə: #BƏƏ #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.