10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Prezident İlham Əliyev daxili işlər orqanları ilə bağlı iki sənədə dəyişiklik etdi - FƏRMAN

20 İyun 2024 18:03
Prezident İlham Əliyev daxili işlər orqanları ilə bağlı iki sənədə dəyişiklik etdi - FƏRMAN

Bakı.VOA

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri"ndə və "Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

VOA xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri" aşağıdakı redaksiyada verilib:

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli, ikiqat ipək faydan hazırlanır, uzunluğu 160 sm, eni 80 sm-dir, kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmişdir.

Qumaşın üz tərəfi "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri ilə eynidir, lakin mavi zolağın ortasında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN UĞRUNDA" sözləri yazılır. Yazıdakı hərflərin hər birinin hündürlüyü 4,5 sm, eni 3,3 sm-dir (Şəkil 1).

Qumaşın arxa tərəfində mavi zolağın ortasında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ", yaşıl zolağın ortasında "POLİS AKADEMİYASI" sözləri, qırmızı zolağın ortasında isə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsviri"nin tələblərinə uyğun hündürlüyü 35 sm olan Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi tikilir. Yazılardakı hərflərin hündürlüyü 4,5 sm, eni 3,4 sm-dir (Şəkil 2).

Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə taxtadandır.

Dəstək tünd qəhvəyi boya ilə rənglənir və laklanır, aşağı ucunda metal halqa, yuxarı ucunda nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz var. Qaytanın uzunluğu 200-210 sm-dir.".

"Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə"nin 3-cü hissəsinə "formasında" sözündən sonra ", Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağında" sözləri əlavə edilib.

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49

Son Xəbərlər

Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.