9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan, İran və Rusiya avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları müzakirə edib

21 İyun 2024 17:11
Azərbaycan, İran və Rusiya avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları müzakirə edib

Bakı. VOA

Azərbaycan, İran və Rusiya arasında avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

VOA  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, İran və Rusiya nümayəndələrinin avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar məsələləri üzrə üçtərəfli görüşü keçirilib. Görüşdə hər üç tərəfdən avtomobil nəqliyyatı sahəsi və gömrük xidmətinin, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıyıcıları assosiasiyalarının nümayəndələri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

Nümayəndə heyətləri Azərbaycan Respublikasının Astara, Xanoba, İran İslam Respublikasının Astara və Rusiya Federasiyasının Taqirkənd sərhəd-keçid məntəqələrinə səfər ediblər.

Tərəflər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydası ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan tərəfində yaradılan infrastruktur mövcud şəraitdə istənilən avtomobil axını üçün buraxılış imkanı təmin edə bilir.

Daha sonra Dərbənd şəhərində keçirilən görüşdə nəzarət-buraxılış məntəqələrində yoxlamalar, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması istiqamətində tədbirlər, beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan, İran və Rusiya daşıyıcılarının payının artırılması və digər məsələlər müzakirə edilib.

Görüş zamanı Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan, İran və Rusiyanın tranzit potensialından tam həcmdə istifadəsi və Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycan, İran və Rusiya avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları müzakirə edib
Məqalədə: #Azərbaycan #Rusiya #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #iran

Mövzu üzrə digər xəbərlər

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.