4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

“Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” adlı panel müzakirə keçirilib

25 İyun 2024 11:54
“Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” adlı panel müzakirə keçirilib

Bakı. VOA

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Zəngilanda keçirilən Əməkdaşlıq Forumunun ikinci günündə “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” adlı panel müzakirə keçirilib.

VOA xəbər verir ki, müzakirələrdə 200-ə yaxın QHT nümayəndəsi iştirak edib.

Panel müzakirələrə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev moderatorluq edib.

ETSN yanında İctimai Şuranın sədri Amin Məmmədov çıxış edərək, Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə ciddi zərər vurduğunu, bununla bağlı dəfələrlə xəbərdarlıq edildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, Ermənistanın təbii ehtiyatları kifayət qədər az olsa da, bölgədəki ekoloji fəsadlarda payı böyükdür:

“Ermənistanın özündə də artıq bir növ tərpəniş var. Onlar özləri də dağ-mədən sənayesinin təbiətə, ekologiyaya nə qədər ziyan vurduğunu görməyə başlayıblar. Ümid edirik ki, Ermənistan qeyri-hökumət təşkilatları bu məsələdə əməkdaşlığa müsbət yanaşacaqlar".

Sahibkarlığa və Bazar İqtisadiyyatına Yardım Fondunun rəhbəri Sabit Bağırov isə bildirib ki, Ermənistanın dağ-mədən sənayesi ilə bağlı şəffaflıq və hesabatlılıq təmin olunmayıb:

"Dağ-mədən sənayesində cəmi 26 şirkət təmsil olunur. Amma həmin şirkətlərin haqqında demək olar, məlumat yoxdur. Ermənistanın statistika qurumunun isə veb-səhifəsinə isə daxil olmaq mümkün deyil. Ya həmin məlumatlar açıq deyil, gizlədilir, ya da onlar Azərbaycandan sayta daxil olmanı qadağan ediblər. Ona görə həmin məlumatları əldə etmək mümkünsüz olub".

"Azərbaycan kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov isə Ermənistanın dağ-mədən sənayesi haqqında hazırlanan xəritə haqqında məlumat verib. O qeyd edib ki, üç dildə təqdim olunan xəritənin erməni dilində hazırlanmasının məqsədi Ermənistan QHT-lərinin də ekoloji fəsadlarla bağlı həmrəyliyə dəvət etməkdir.

M.Bayramov onu da əlavə edib ki, həmin xəritədə təkmilləşdirmələr aparılır, məlumatlar daha da dəqiq və genişləndirilmiş formada yenidən təqdim ediləcək.

Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov isə Ermənistanın Arazdəyəndə tikdiyi metallurgiya zavodunun ekologiyaya vuracağı ziyanlar haqqında məlumat verib. O qeyd edib ki, Naxçıvanın Sədərək rayonunda yaşayan 23 min sakin bu zavodun tullantıları və hava çirklənməsi təhlükəsi ilə üz-üzədir.

“Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” adlı panel müzakirə keçirilib “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” adlı panel müzakirə keçirilib
Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.