6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İranı indiki şəkildə idarə etmək olmaz - Pezeşkian

25 İyul 2024 09:38
İranı indiki şəkildə idarə etmək olmaz - Pezeşkian

Bakı,AzerVoice

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ölkəni indiki şəkildə idarə etməyin “mümkün olmadığını” deyib və “çətin qərarlar” qəbul etməyin vacibliyini vurğulayıb.

Çərşənbə günü Pezeşkian İranın əyalət və şəhərlərinin qubernatorlarının iclasında iştirak etmək üçün Daxili İşlər Nazirliyinin qərargahına gedib. Oradan o, İran lideri Əli Xameneyiyə ona göndərdiyi dəstək mesajlarına, o cümlədən ötən bazar günü İran parlamentinin nümayəndələri qarşısında etdiyi çıxışa görə təşəkkür edib və İran hökuməti ilə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Pezeşkian deyib: “Əlbəttə, bu qələbə əməkdaşlıq, sinerji, həmrəylik, xalqın ehtiyac və istəklərinə cavab verməyi tələb edir. Müzakirələr zamanı söylədiyim bütün fikirlər və inandığım prinsiplər həqiqət və ədalətlə bağlı idi və mən xüsusi bir şey vəd etmədim, amma dediklərim insanların hüquqlarını təmin etmək üçün idi ki, hər bir fərd öz haqqını əldə etsin. Problem bizdə, hakimiyyət orqanlarında, davranışlarımızda, insanlarla ünsiyyət tərzimizdədir. İnsanlara kömək etsək, önümüzdə heç bir maneə qalmaz. Amma gərək ki, onlar bizim onlar üçün, onlara xidmət etmək üçün burada olduğumuza inansınlar. Biz onların qəyyumları deyilik, biz onların xidmətçiləriyik."

Pezeşkianı dəstəkləyən dairələr onun bəyanatlarından uzaqlaşmağa çalışdılar və siyasi fəallar ondan üzr istəməsini tələb edirlər. Buna səbəb isə, onun İran haqqında “Ölkəmiz hal-hazırda yaxşı siyasi şəraitdə deyil” sözləri olub.

“Bu gün biz sanksiyalar altındayıq və bizim problemimiz var, mən seçkilərdə rəqəmlər də daxil olmaqla heç bir vəd verməmişəm, amma xalqa yalan danışmayacağımı və dürüst olacağımı söylədim. Bu ölkədə ədalətə nail olmaq üçün əlimdən gələni edəcəyəm”-deyə İran prezidenti bildirib və “milli barışıq hökuməti” yaratmağa söz verib.

İran mənbələri bildiriblər ki, Pezeşkian Co Baydenin prezidentliyinin son aylarında nüvə sazişini canlandırmaq üçün sürətli danışıqlara başlamaq niyyətindədir.

İranı indiki şəkildə idarə etmək olmaz - Pezeşkian
Məqalədə: #Məsud Pezeşkian

Mövzu üzrə digər xəbərlər

Yaxın Şərqdə yeni münaqişənin baş verməsi ABŞ-ın maraqlarına uyğun olmayacaq - Pezeşkian
Digər Dövlətlər

Yaxın Şərqdə yeni münaqişənin baş verməsi ABŞ-ın maraqlarına uyğun olmayacaq - Pezeşkian

7 İyul 2025 18:03
Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibə verib
Gündəm

Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibə verib

5 İyul 2025 20:58
Makron Pezeşkianla İranda saxlanılan Fransa vətəndaşlarının taleyini müzakirə edəcək
Digər Dövlətlər

Makron Pezeşkianla İranda saxlanılan Fransa vətəndaşlarının taleyini müzakirə edəcək

3 İyul 2025 21:39
BMT İranın AEBA ilə bağlı qərarından narahatlığını ifadə edib
Digər Dövlətlər

BMT İranın AEBA ilə bağlı qərarından narahatlığını ifadə edib

2 İyul 2025 21:11

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.