Bakı, AzerVoice
2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq, 1 milyard 605 milyon dollara bərabər olub.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 230 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 22,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 2 milyard 891 milyon dollar məbləğində xalça məhsulları ixrac edib.