5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir - Ceyhun Bayramov

1 Dekabr 2023 18:56
Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir - Ceyhun Bayramov

Bakı. AzerPress:

Dekabrın 1-də xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib.

Xarici İşlər Nazirliyindən AzerPress-ə bildirilib ki, çıxış zamanı nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Xarici işlər naziri sentyabrın 19-da keçirilmiş antiterror tədbirlərini səciyyələndirən amillər barədə məlumat verib. Nazir Ermənistan tərəfindən sülh prosesinə qarşı törədilən maneələri qeyd edib.

Nazir ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina təhdidlərini xüsusi vurğulayıb.

Nazir, həmçinin Ermənistanın hərbi potensialını gücləndirməyə və bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyətinə diqqət çəkib. Bu kimi fəaliyyətin bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.

Antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli və təxribatçı ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə ziddiyyət təşkil etdiyi və ölkəmizə qarşı iddiaların əsassızlığının sübut olunduğu xatırlanıb.

Xarici işlər naziri, həmçinin son illər ərzində Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüsləri diqqətə çatdırıb, çoxtərəfli diplomatiya sahəsində ölkəmizin fəal rolundan bəhs edib.

Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, enerji təhlükəsizliyinin təmin edilməsi, alternativ enerji sahəsində səylərə, eləcə də nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət yönəldib.

Daha sonra xarici işlər naziri Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilmiş konfransda Avropadan 30-dan çox düşüncə və tədqiqat mərkəzinin nümayəndələri, habelə nüfuzlu mütəxəssislər iştirak edib.

İlk dəfə ötən il Varşavada keçirilmiş Azərbaycan tədqiqatları üzrə Avropa Konfransı ölkəmizlə bağlı siyasi, iqtisadi və mədəni mövzular daxil olmaqla fərqli sahələr üzrə tədqiqatların təşviq edilməsi, eləcə də Azərbaycan barədə məlumatların dünya ictimaiyyətinə düzgün çatdırılması və akademik səviyyədə obyektiv təhlillərin aparılmasına töhfə məqsədini daşıyır.

Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir - Ceyhun Bayramov Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir - Ceyhun Bayramov
Məqalədə: #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir
BƏƏ

BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

31 Avqust 14:55
Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib
Siyasət

Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

28 Avqust 16:19

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.